“Təkcə dərman vasitələrində inflyasiya 40%-dir” - Vahid Əhmədov
24 may, 2023 13:56
“Banklarda kredit faizlərinin yüksək olması, əmanətlərin qaytarılmasında problemlər, bankların bağlanması və s. monetar siyasətdə problemlər hələ də davam edir. Halbuki biz təklif etmişdik ki, banklar bağlanmasın, birşləşsin”.
“Azsiyaset.com” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Süni qiymət artımına toxunan deputat vurğulayıb ki, tədbirlər daha sərt olmalıdır: “İnflyasiyanın 13,9 % olduğunu deyirik, amma statistikaya baxırıq ki, təkcə dərman vasitələrində bu rəqəm 40 %-dir”.