“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: Buna hüququ varmı?

28 oktyabr, 2020 13:37

“Azərsun Holdinq”in qiymətləri artırması çoxsaylı müzakirələrə səbəb olub. Şirkət şəkər tozu və bitki yağlarının qiymətini kəskin şəkildə artırıb. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən də hazırda davam edən müharibə şəraiti və koronavirusun tüğyan etdiyi bir zamanda qiymətlərin bu cür qaldırılması insanların qəzəbinə səbəb olub.

İqtisadçı alim Qubad İbadoğlu məhsulların qiymətindəki artımı holdinqin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməsi ilə əlaqələndirib və qeyd edib ki, əslində müharibə şəraitində, belə həsas dövrdə xalqın və ordunun ən çox istehlak etdiyi ərzaq mallarının qiymətlərini artıranlar dövlətə və hərbiyə müxaliflik edirlər.

Azsiyasət.com xəbər verir ki, “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr departamentinin bölmə müdiri Xəyal Azəroğlu bakupost.az-a bildirdi ki, qiymət artımının Fonda köçürülən vəsaitlə əlaqəsi yoxdur. Onun sözlərinə görə, artımın əsl səbəbi ilə bağlı rəsmi açıqlama hazırlanır və ictimaiyyətə təqdim olunacaq.

Bəs belə bir vaxtda qiymətlərin qaldırılması nə dərəcədə doğrudur?

Bu barədə saytımıza danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, liberal bazar iqtisadiyyatında bu kimi məsələlər müəyyən qədər cəmiyyət tərəfindən, daha yumşaq qarşılanmalıdır:

"Ancaq burada problem başqadı. Nə üçün biz bu bazarda “Azərsun” kimi şirkətlərə bu qədər inhisarçı mövqe yaratmasına imkan vermişik?.. Bununla bağlı bizdə qanunvericilik var. Antiinhisar və azad rəqabət haqqında qanunlar var. Bizim nöqsanlarımız ondan ibarətdir ki, bu günədək bu şirkətin qarşısında rəqabət aparacaq böyük şirkətlərin formalaşmasına şərait yaratmamışıq, yaxud “Azərsun”un bütün bu cəhdlərin qarşısını almasına imkan vermişik. Ona görə də şirkət sadəcə indi deyil, əvvəlki dövrlərdə də rahat şəkildə qiymətləri qaldırıb, bazara diktə edə bilib.

Digər məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan uşaqlı-böyüklü, dövlət və özəl sektor fərqi olmadan bu müqəddəs mübarizəyə əlindən gəldiyi qədər yardım etməyə çalışır. Belə bir şəraitdə bazarda diktəedici, inhisarçı mövqeyə malik olan bir şirkətin qiymətləri qaldırması təbii olaraq insanlarda qıcıq yaradacaq. Bu başadüşüləndir. Hesab edirəm ki, məntiqi yox, mənəvi cəhətdən bu gün “Azərsun”un qiymətləri artırmağa heç bir hüququ, ixtiyarı yox idi və etməməliydi. Çünki müzakirələrdən də görünür ki, cəmiyyət haqlıdır”.

R.Həsənov qeyd etdi ki, bu günə kimi bu şirkətin sadəcə Ordunun ərzaq təminatından əldə etdiyi gəlirlər milyardlarla manatdır:

“Kifayət qədər böyük gəlirlər əldə etmiş bir şirkətin bu gün 1 milyon manat dəyərində yardım etməsinin özü birinci qıcığı yaratdı. Ardınca da artıq qiymətlərin qaldırılması ilə bağlı qəbul etdiyi qərara iqtisadi baxımdan deyiləcək söz yoxdur. Bu bazardır, onun qarşısına alternativlər çıxartmalıyıq. Hökumətin əlində bu istiqamətdə kifayət qədər alətlər var. “Azərsun”un bazarda mövqeyini zəiflətməklə onun bu kimi hallarda diktəedici tərəfə çevrilməsinin qarşısını almalıyıq. Bir daha deyirəm ki, “Azərsun”un müharibə aparan xalq üçün bunu etməyə heç bir hüququ yox idi”. 

Q.İbadoğlu da hesab edir ki, hazırkı müharibənin xərcləri ilə müqayisədə Azərbaycanının ən böyük holdinqlərindən biri olan, istehlak bazarının əhəmiyyətli hissəsinə nəzarət edən “Azərsun” üçün 1 milyon manat çox kiçik məbləğdir:

“Nəzərə alaq ki, “Azərsun” on illərdir ki, Ordumuzu ərzaq məhsulları ilə təmin edir və ordan da, xalqa satdığı mallardan da milyardlar qazanır”.

“Azərsun”un müştərilərinə topdan satdığı şəkər tozunun və bitki yağlarının bahalaşmadan sonrakı müqayisəli qiymət cədvəlini təqdim edirik:

Şəkər tozu 50 kq-lıq kisə 41, 50 manatdan 44,50 manata,

“Final” günəbaxan yağı 0.5 litr 1,41 manatdan 1,55 manata,

“Final” günəbaxan yağı 1 litr 2,58 manatdan 2,83 manata,

“Final” günəbaxan yağı 2 litr 5,02 manatdan 5,53 manata,

“Final” günəbaxan yağı 5 litr 12.35 manatdan 13,58 manata,

“Final” qarğıdalı yağı 0,5 litr 1,99 manatdan 2,17 manata,

“Final” qarğıdalı yağı 1 litr 3,50 manatdan 3,85 manata,

“Final” qarğıdalı yağı 2 litr 6,69 manatdan 7,52 manata,

“Final” qarğıdalı yağı 5 litr 16,56 manatdan 18,22 manata bahalaşdırılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR