"MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert

10 dekabr, 2024 15:32

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış komplekslərində ümumilikdə 544 mənzilin satışını həyata keçirib. Satış elektron qaydada, "Güzəştli Mənzil" sistemi vasitəsilə baş tutub. Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər. Bu, əsas narazılıqlara səbəb olub. MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib.

Əmlak məsələləri üzrə eksperti Elnur Fərzəliyev bakupost.az -a bildirib ki, uzun müddət satışda iştirak edib mənzil sahibi olmayan vətəndaşlar da var. Onlar düşünür ki, bu mənzili ala bilmirlərsə, demək şübhəli məqamlar var:

“Bu, gözəl layihədir. Çünki qiymətlər çox münasibdir. Kompleks də yaxşıdır, görünüş də. Satış formasına da düzəliş etsələr, daha uğurlu olar”. 

Ekspertin dediyinə görə, həmin binalardan mənzil ala bilmək üçün bəlli kateqoriyalara aid insanlar müraciət edə bilir. Lakin müraciəti qəbul olunmuş vətəndaşların hər birinin satışda eyni vaxtda iştirak etməsi sonda bu cür narazılığa səbəb olur. Mənzil almaq istəyən çox, mənzil sayı isə məhduddur.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, MİDA-nın yaranması və onlayn formatda qeydiyyatdan keçərək satışların həyata keçirilməsinin əsas hədəfi şəffaflığın artırılması idi:​​​​​​​

"Elan edilmişdi ki, MİDA-da mənzillər elektron qaydada satılacaq və bu şəffaflıq, insanlarda güvən yaradacaq. Azərbaycanda bir çox hallarda olduğu kimi bu halda da əksinə oldu. Yəni, insanlarda çoxlu suallar, şübhələr yarandı. İndiki durumda belə ehtimal etmək mümkündür ki, həmin mənzillər öncədən rəsmiləşdirilir, sadəcə portal açılan an özlərinin mütəxəssisləri vasitəsilə bir neçə saniyəyə yüzlərlə evin satılması prosesi həyata keçirilir. Ən azından belə ehtimal və şübhələr yaranıb. Bu da onu deməyə əsas verir ki, MİDA-da mənzil satışı ilə bağlı güvən yaratmalı olan sistem, əksinə, güvənsizlik və şübhələr doğurdu. Ona görə də bu, çox ciddi yoxlanılmalıdır. Orada hansı proseslərin baş verdiyini İT mütəxəssiləri vasitəsilə əlaqədar hüquq-mühafizə orqanları çox asanlıqla yoxlaya bilər. Amma nədənsə bu günə qədər bununla bağlı yoxlamaların başlaması haqqında məlumat da yoxdur”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR