"Azəristiliktəchizat" abonentləri məhkəməyə verib - Əhaliyə qarşı hücum

05 noyabr, 2025 17:12

“Azəristiliktəchizat” ASC-nin balansında olan 1000 kilometrdən artıq istilik xətləri mövsümə hazırlıq çərçivəsində dəfələrlə hidravlik təzyiqlə sınaqdan keçirilib. Axıntı və qəza riski müəyyən olunan xətlərdə cari və əsaslı təmir-bərpa işləri aparılıb.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib. 

Qurum rəsmisi bildirib ki, “Azəristiliktəchizat” ASC-nin balansında olan 550 qazanxana yoxlanılaraq tam hazır vəziyyətə gətirilib. Ümumilikdə 80 mindən çox avadanlıq saz vəziyyətə gətirilib.

Qeyd edilib ki, 2023-cü ildə əhali abonentləri üzrə ödəniş səviyyəsi 71,3 faiz, ümumi (əhali və qeyri-əhali) göstərici isə 86,8 faiz təşkil edib. 2024-cü ildə bu rəqəmlər müvafiq olaraq 77,6 və 89,3 faiz olub. 2025-ci ildə isə əhali üzrə ödəniş faizi 88,9, ümumi göstərici isə 88,7 faiz təşkil edib.

Hazırda ümumiyyətlə ödəniş etməyən abonentlərin borcu 4 milyon 444 min 523 manat təşkil edir. Qeyd olunur ki, borcların ən aşağı ödəniş faizi qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan qəsəbələrdə qeydə alınıb.

Əlavə olaraq qurumdan verilən məlumata görə, ASC tərəfindən əhali istehlakçı qrupu arasında borcların vaxtında ödənməsi üçün həm media vasitəsilə, həm fərdi qaydada, həm də binaların girişlərinə elanlar vurulmaqla xəbərdarlıqlar edilir.

“Hazırda ödənişdən imtina edən bəzi istehlakçılarla bağlı 31 məhkəmə işi icra mərhələsindədir. Bu işlər “Azəristiliktəchizat” ASC tərəfindən məhkəməyə təqdim olunub”,- rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, Tarif (qiymət) Şurası bu ilin uyulunda əhaliyə göstərilən istilik təchizatı xidməti üçün yeni tarif müəyyənləşdirib.

Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 21 manat müəyyənləşdirilib.

Azərbaycanda istilik sistemi hər il noyabrın 15-də işə salınır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR