Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama

07 yanvar, 2026 16:34

Marketlərdə eyni məhsulun fərqli qiymətlərlə satılması alıcıların tez-tez rastlaşdığı hallardandır.

Eyni marka və qablaşdırmada olan məhsul bəzi marketlərdə baha, digərlərində isə daha ucuz qiymətə təklif olunur. Bu hal isə alıcıların ucuz qiymətə satılan məhsulların keyfiyyəti ilə bağlı tərəddüd yaşamasına səbəb olur.
Bəs eyni məhsul daha ucuz satılırsa, bunun səbəbi nədir və keyfiyyətlə əlaqəsi varmı?

Mövzu ilə bağlı yeniavaz.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qiymət fərqlərinin bir neçə əsas səbəbi ola bilər:

“Bəzi hallarda məhsulların son istifadə tarixinə az vaxt qaldığı üçün onlar daha ucuz qiymətə satışa çıxarılır. Həmçinin məhsulların anbarda müəyyən istilik və ya təzyiqə məruz qalması da qiymət fərqinin yaranmasına təsir göstərə bilər”.

Qida eksperti Seymur Qafarov isə yeniavaz.com-a açıqlmasında qeyd edib ki, eyni tərkibli məhsulların müxtəlif qiymətlərə satılması qida təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşımır:

“Bir sıra marketlərdə eyni tərkibli məhsullar müxtəlif qiymətlərə satılır. Qida təhlükəsizliyi nöqteyi-nəzərindən eyni tərkibli məhsulların müxtəlif qiymətə satılması mühüm əhəmiyyət kəsb etmir. Çünki qida məhsullarının keyfiyyəti fərqli olsa belə, bu satış məsələsi qida təhlükəsizliyi ilə birbaşa əlaqəli deyil. Bu, o demək deyil ki, bir məhsul bahadırsa daha keyfiyyətlidir və ya ucuzdursa daha aşağı keyfiyyətə malikdir".

Onun sözlərinə görə, məhsulların keyfiyyəti əsasən istifadə olunan xammalın əldə olunma dəyəri ilə ölçülür:

“Elə məhsullar ola bilər ki, onların ərsəyə gəlməsi üçün istifadə olunan xammallar ölkə xaricindən idxal olunur. Bu zaman müəyyən gömrük rüsumları tətbiq edilir və həmin rüsumların əlavə olunması məhsulun maya dəyərini artırır. Bu isə ölkəmizdə istehsal olunan iki eyni məhsul arasında qiymət fərqinin yaranmasına səbəb ola bilər”.

Ekspert əlavə edib ki, ucuz məhsulların qiyməti onların keyfiyyətinin aşağı olması ilə bağlı deyil:

“Qiymətin aşağı olması xammalın əldə olunma şəraiti ilə bağlıdır. Buraya qablaşdırma materialları, xammalın yerli olması, istehsal müəssisəsinə yaxın məsafədən təmin edilməsi, həmçinin xammalın qiymət göstəricilərinin ucuz olması daxildir. Bu və digər səbəblər əsasında məhsulların qiyməti daha aşağı ola bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR