Yoluxma pik həddə: SMS icazə bərpa edilir?

17 noyabr, 2020 10:40

Azərbaycanda koronavirusa yoluxma pik həddə çatıb. Belə ki, gündəlik yoluxma 2 mininin üzərində, gündəlik ölüm sayı isə 20-dən yüksəkdir.  Belə ki, noyabrın 15-də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2229 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 21 nəfər vəfat edib. 

Hazırda ölkədə aktiv xəstə sayı 20 min nəfərə yaxınlaşır. Bu, pandemiya başlanan gündən bu yana Azərbaycanda müşahidə olunan ən yüksək göstəricidir. Səhiyyə sistemi və iqtisadiyyatımızın bu durum qarşısında nə qədər tam gətirəcəyini demək çətin olsa da, hazırda insanların sərt karantin rejiminə keçid narahat edir. SMS icazə sisteminin bərpası da bu cür davam edərsə, qaçılmaz ola bilər.

Baş infeksionist Təyyar Eyvazov deyib ki, hazırda koronavirusla bağlı stabil vəziyyət yoxdur:

“Ötən ayın ortalarından başlayaraq koronavirusla yoluxma halları artmaqda davam edir. Yoluxma halları bizdən qabaq başlayan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq. Nə vaxt olacağını demək çətindir.Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. Proqnoz vermək çətindir”. 

Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütün dünyada koronavirusa yoluxmada artım nəzərə çarpır:

“Bu, artıq virusun mutasiyaya uğraması və ikinci mərhələnin başlamasına işarədir. Ekspertlər bunu ikinci mərhələ kimi qeyd edirlər. Artım var və virusun xəstəlik törətmə qabiliyyəti aşağı düşsə də, yoluxuculuq qabiliyyəti yüksəlib. Ona görə də yoluxma potensialı çoxdur. Azərbaycanda bir tərəfdən Vətən savaşının yaratdığı coşqunun fonunda karantin qaydalarına əməl edilmədi, pandemiya arxa plana keçdi, insanlar onu iqnor etdilər, rayonlara gediş-gəliş çox asanlaşdı, bu prosesə nəzarətin aradan qalxması bütünlükdə böyük bir yoluxma riski və şəraiti yaratdı. Bu gün rayonların əksəriyyətində insanlar kütləvi şəkildə koronavirusa yoluxurlar. Evlərdə qızdırma ilə yatan həddindən artıq çox ailələr var. Onların əksəriyyəti testdən keçmirlər, müraciət etmirlər, bəzən heç müalicə də olunmurlar. Sadəcə, evdə yataq rejiminə keçib xalq təbabəti ilə özlərini sağaltmağa çalışırlar. Bunlar hələ rəsmi yoluxma sayılmır və o hesabata daxil deyil. Elan olunan rəqəmlər sadəcə test olunmuş rəqəmlərə aiddir. Bu baxımdan epidemioloji vəziyyət göründüyündən daha ciddidir. Ona görə də diqqətli olmaq lazımdır”.

Doktorun sözlərinə görə, yoluxma dairəsi və sıxlığı o şəkildədir ki, biz artıq kollektiv immunitetə gedirik: “Əgər əhalinin 70 faizi bir populyasiyada xəstələnərsə, bu, artıq kollektiv immunitetin formalaşması deməkdir. Bu virusun yanvarın sonuna qədər zəifləməsi gözlənilir. Ancaq soyuqdəymə xəstəlikləri hələ bir müddət qalacaq. Bunların ümumi əlamətləri də var. Qızdırma, halsızlıq, boğaz ağrısı , təngənəfəslik, oynaq ağrıları hər iki xəstəlikdə, həm soyuqdəymədə , həm də COVİD-də var. Koronavirusla bu mövsüm xəstəliklərinin differensasiya məsələsi də var. Onları fərqləndirmək üçün çox diqqətli olmaq lazımdır, hansısa COVİD əlamətləri hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Çünki onlar diaqnozu daha dəqiq qoya bilərlər”.

Ölkə iqtisadiyyatının müharibə və karantin rejimindən zəiflədiyi bir vaxtda, yenidən sərt karantin rejiminə keçmə ehtimalından danışan tibb elmləri doktoru bildirdi ki,  epidemioloji vəziyyətin ağırlaşması hökuməti buna məcbur edə bilər:

“Ancaq hesab edirəm ki, mümkün qədər sərt karantinə getməmək lazımdır. İnsanların indiki durumunda bu psixoloji baxımdan ağır olardı. Bu cür addımlara gedilsin. Artıq maska taxmaq bir mədəniyyət nümunəsinə çevrilməlidir.  Soyuqdəymə xəstəlikləri zamanı da maska taxmaq vacibdir. Aylarla maskada gəzmək çətin olduğu üçün insanlar artıq azadlığa çıxmaq istəyirlər. Bu proses üçün gərək özümüzü qoruyaq, 1-2 ay vaxt lazımdır ki, virus zəifləsin və sıradan çıxsın”.

Peyvənd məsələsinə gəlincə, A.Qeybulla bildirdi ki, bu məsələyə ümid bağlamaq əbəsdir: “Hələ ki yalnız Rusiyanın vilurentlliyi zəiflədilmiş peyvəndi var. Bu viruslar müasir texnologiya ilə alınmayıb. Çünki Rusiyada o texnologiya yoxdur. Hazırda virusun antigenini ayırmaq, ona qarşı immunitet yaratmaqdan ibarətdir ki, bu effektiv vasitədir. Hazırda  bu cür peyvəndlər ortada yoxdur. Rusiya vaksini ilə bağlı ortada birmənalı rəy yoxdur. Digər bir peyvənddən isə məsələn, Almaniya əhalisi istifadə etdi. O zaman bütün dünya necə olacaq? Koronavirus tənəffüs yolu ilə yayıldığı üçün bütün dünyada populyasiyaların ən azı  70 faizi peyvənd olunmalıdır.  Ancaq bu hələ ki baş tutmur”.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"