190 manatı kartdan çıxara bilməyənlər nə etsin?

23 iyul, 2020 15:03

Bir neçə gün bundan əvvəl Operativ Qərargahın brifinqində hesablarına yüklənmiş 190 manatlıq birdəfəlik ödənişləri çıxara bilməyən vətəndaşların kartlarının bloklanması məsələsinə aydınlıq gətirilib.

Brifinqdə çıxış edən Pezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, həmin pullar əmanət üçün verilməyib: “Ancaq kimsə hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.

Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə bir sıra müzakirələr başlayıb. Bir qrup şəxs hesab edir ki, vətəndaşın 190 manata ehtiyacı varsa, onu vaxtında çıxarıb istifadə etməliydi. 

Amma nəzərə alsaq ki, pandemiya dövründə vətəndaşlara ödənişləri nağd deyil, kart vasitəsilə etməyə dair müxtəlif çağırışlar olmuşdu, kartda pul saxlamaq daha  məqsədəuyğun görünür. Bundan başqa, vətəndaş pulu kartında ona görə saxlaya bilər ki, hər hansı kommunal xərclərini kartla ödəsin, ehtiyaclarını onlayn həll etsin. Müavinəti alan şəxslər birdəfəlik ödənişin iyulda verilməyəcəyi səbəbi ilə də həmin pulu qarşıdakı ayı nəzərə alaraq kartda ehtiyat kimi saxlaya bilərdilər. 

Məsələ ilə bağlı “Qafqazinfo” Milli Məclisin deputatı Erkin Qədirlidən də münasibət öyrənib. O, bir neçə gün əvvəl Prezidentin köməkçisi Anar Ələkbərovla keçirilən görüşdə bu məsələni onun diqqətinə çatdırdığını vurğulayıb: “Anar Ələkbərov problemi Prezidentə məruzə edəcəyini vurğuladı. Əlbəttə, bu ödəniş vətəndaşın haqqıdır. Onu kartdan istədiyi vaxt götürə bilər. Bu məsələyə vaxt məhdudiyyəti qoymaq doğru deyil”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR