Beyləqan sakini icra başçısından Prezidentə ŞİKAYƏT ÜNVANLADI...
Beyləqan rayonu Eyvazalılar kənd sakini Rüstəmova Gülsənəm Fazil qızı tərəfindən Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət ünvanlayıb.
Azsiyasət.com həmin şikayəti olduğu kimi təqdim edir:
“Cənab Prezident! Hörmətli Mehriban xanım!
Sizə bir ana kimi müraciət edirəm. Təxminən 2 gün əvvəl Beyləqan şəhərinin Beyləqan-Daşburun yolu istiqamətində çıxışında yolun sol hissəsində əvvəllər qaçqınlar məskunlaşaraq yaşadıqları, indi isə Beyləqan rayon İcra hakimiyyətinin uzun bir müddətdi şəhərin içərisində sökülən tikintilərdənn dəmir və daş tullantılarından ibarət hissələrin daşıyıb zibilləndirdikləri əraziyə, gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq ayrılarsa həmin yerdə məndə bir işlə məşğul olmaq üçün bir maşın daş tökdürmüşdüm. Ailəmiz böyükdür, 4 azyaşlı övladım vardır. Onların xərclərini ödəməkdə çətinlik çəkirik. Hal-hazırda onlayn tədris prosesində onların onlayn dərsə qoşulmaq üçün lazım olan vasitələri əldə edə bilmirik. Həmin daşları mənə heç bir xəbərdarlıq etmədən polis nəfərlərinin iştirakı ilə daşıdaraq naməlum istiqamətə aparıblar. Sonradan yoldaşım İcra başçısının müavini Telman müəllim adlı şəxsdən soruşduqda həmin daşların İcra başçısı Asif Ağayevin tapşırığı ilə onun tərəfindən aparıldığını desədə daşların hara daşındığını deməmişdir. Bildirirəm ki həmin ərazi hal-hazırda boş bir sahədir, əvvəllər həmin ərazi tər-təmiz olsada, Beyləan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vaxtında ətraf ərazilərdən daşınan zibillərin həmin əraziyə tökülməsi orada olan ağacların gövdəsinin çox hissəsinin daş qalaqları altında qalması çox acınacaqlı bir vəziyyət yaratmışdır (foto əlavə olunur).
Həmin ərazilərdə artıq bir neçə nəfərin heç bir hüquqmüəyyənedici sənədi olmamasına baxmayaraq qanunsuz olaraq tikinti aparılmasına maneçilik törədilməsədə, mənim tikinti aparmağa hələ heç bir imkanım olmadığı halda, həmin daşlar, onlara heç bir maneçilik törətmədiyi halda, heç bir səbəb olmadan oradan daşınaraq aparılmış, bu barədə Beyləqan rayon polis şöbəsinə 102 xidməti vasitəsilə şikayətimiz daxil olsada heç bir operativ tədbir görülməmişdir.
Cənab Prezident! Hörmətli Mehriban xanım!
Mənim həyat yoldaşım Rüstəmov Fəxri Sərvaz oğlu 1993-cü ildə Ağdam rayonunda erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmiş, 1993-cü ilin mart ayının 19-da çoxsaylı qəlpə yarası almış, 1993-cü il sentyabrın 23-də isə qardaşı Rüstəmov Hafiz Sərvaz oğlu Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə Şəhid olmuşdur. Hal-hazırki vaxtadək onun adına Beyləqan rayonunda bir metr belə torpaq yoxdur. Lakin haqqı olmayan, həm Birinci, həmdə İkinci Vətən müharibəsi zamanı səfərbərlikdən öz uşaqlarını gizlədən şəxslərin torpaqları nə qədərdir. Bizim ailəmiz Vətənə bağlı bir ailədir. Hal-hazırdada yoldaşımın iki qardaşı oğlu Sizin komandanlığınız altında aparılan müharibədə şərəflə iştirak edib və hal-hazırda da xidmətdədirlər. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı öz iş prinsirpini “ya hamıya ya da heç kimə” prinsipi ilə yox, özünün istədiyi prinsipi ilə aparır.
Kimsə onun razılığını almadan heç bir addım ata bilməz, onun razılığını alnmaq isə bizim kimilər üçün çox müşkül bir məsələdir. Əksinə bəzi şəxslər varki onlar üçün heç bir məhdudiyyət yoxdur, istədiyini edir, torpağın münbit qatının götürülməsi prosedurunu pozmaqla, hümuslu qatı qorumadan hansı yollasa əldə etdikləri yerlərə torpaq daşıdaraq ekoloji tarazlığın pozulmasına, torpağın şoranlaşmasına bir başa şərait yaradırlar. Bundan başqa həyətyanı torpaq sahələrinin təyinatları dəyişdirilmədən həmin torpaqlarda hündürmərtəbəli ticarət obyektləri, şəxsi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı və dövlət mülkiyyətində və bələdiyyə mülkiyyətində olan örüş-otlaq sahələrində qanunvericiliyin tələblərinə uyğun olaraq beton özüllü tikililərin tikilməsinin qadağan edilməsinə baxmayaraq, həmin torpaqlarda mişar daşlarından fermalar tikilir, əvvəllər korrupsiya şərait yaradan pozuntulara görə vəzifədən uzaqlaşdırılan şəxslər yenidən vəzifə başına gətirilir, hərbi xidmətə yararlı olmayan və diplomsuz (olsad saxta diplomlu) şəxslər idarə müdiri və ərazi nümayəndəsi kimi vəzifələrə gətirilir, şəhərin abadlığına və təmizliyinə nəzarət edilmir, imkansızın şəhərdən kənarda tökdüyü daşı bir göz qırpımında oradan daşıtdırmaqlarına baxmayaraq, Beyləqan şəhərinin mərkəzindən keçən və bir necə kəndi suvarma suyu ilə təmin edən su kanalının mühafizə zolaqları və üzəri tamamilə tikinti və beton lövhələrlə örtülmüşdür ki bu halda gələcəkdə həmiin kanalın təmizlənməsini və təmir edilməsi imkanını tamamilə heçə endirir. Beyləqan rayonunun abadlaşdırılması üçün ayırdığınız pullar israf edilmiş, salınmış asfalt örtüklər, səkilər dağılmlş, bəzi yerlərdə isə asfalt örtüyü o qədər nazikdir ki , həmin hissələrdə ot bitmişdir. Eyni zamanda Beyləqan rayonu “Göbələk” deyilən ərazisində yerləşən və bir neçə kəndin və həmin əraziyə yaxın yerləşən hərbi hissənin içməli suya olan ehtiyacının ödənilməsi üçün istifadə olunan artezian qurğusunun yerləşdiyi ərazinin satılmasının qanunvericiliklə qadağan olunmasına baxmayaraq, həmin ərazidə torpaqla doldurulmuş, nəticədə həmin arteziandan kəndlərə və həmin istiqamətdə yerləşən hərbi hissəyə su daşıyan iri tonlu avtomobillər ordan sərbəst su götürməkləri problemə çevrilmişdir. Şəhərin yüksək mərtəbəli binalarının sakinlərinin ümumi istifadəsində olan torpaqları əvvəldən bəzi işbazlar tərəfindən zəbt edilmiş, şəhərin memarlıq və arxitekrur görünüşünə xələl gəlmiş, həmin proseslər indidə davam edir. Belə ki, Beyləqan rayon İcra hakimiyyətinin lar yaxınlığlnda yerləşən çöxmənzilli iki ədəd iki mərtəbəli binanaın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi zəbt edilərək orada kommersiya məqsədilə tikinti aparılaraq tam hazır vəziyyətə gətirilməsinə baxmayaraq və bu halların Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin gözləri önündə baş verməsinə baxmayaraq, bu hallara göz yumur. Cənab Prezident! Hörmətli Mehriban xanım! Sizin əl-ələ verərək Ulu Öndərimizin memarı olduğu Azərbaycan Respublikasının çiçəklənməsi və inkişaf etməsi üçün etdikləriniz danılmazdır.
Uğurla həyata keçirilən iqtisadi siyasət, məhkəmə islahatı, eyni zamanda korrupsiyaya qarşı mübarizə sizin müstəqil Azərbaycanımızın dahada çiçəklənməsinə yönəli əməllərinizin həyata keçirilməsində israrlı olmanızın bariz nümunəsidir. Son vaxtlar korrupsiyay yol vermiş bəzi yüksək rütbəli məmurların, İcra hakimiyyəti başçılarının həbs edilməsidə onu göstərir ki siz öz yolunuzda möhkəmsiz, qətiyyətlisiaz. Bundanda hər bir İcra başçısı nümunə götürməlidir. Xalqı narazı salmaqla onlar əslində Dövlətə, Dövlət Başçısına inamı sarsıdırlar və mən hesab edirəm ki bu şəxslərə qarşıda dönməz mübarizə aparılmalıdır. Cənab Prezident! Hörmətli Mehriban xanım! Mən Sizdən xahiş edirəm ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının hal-hazırki vəziyyətdə bizə qarşı bu davranışının səbəblərinin araşdırılması üçün göstəriş verəsiniz. Öz işində bu qədər nöqsan olan birinin, eyni vətəndaşın birinə bir, digərinə başqa münasibət bəslənilməsi yol verilməzdir. Heç kim əzilməməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Sizdən xahiş edirəm bu ədalətsizliyə, ayrı-seçkiliyə son qoyulmasına, qanunsuzluqların aradan qaldırılmasına göstəriş verəsiniz.
İmza: Rüstəmova Gülsənəm Fazil qızı”.