Baş redaktor Mehriban Əliyevaya müraciət etdi: "Övladımı ölməyə qoymayın..."

13 yanvar, 2021 18:35

Xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqov xərçəng xəstəliyindən əziyyət çəkən qızı ilə bağlı Azərbaycan Respublilasının Birinci-vitse prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. 

Azsiyasət.com müraciəti olduğu kimi təqdim edir:

"Hörmətli Mehriban xanım!
Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.
Hörmətli Mehriban xanım!
Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu. 


Hörmətli Mehriban xanım!
Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.


Hörmətli Mehriban xanım!
Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb  verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.


Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz". 

Hörmətlə:   
Peyman Sadıqov
Əlaqə üçün: 070-254-44-40, 055476-87-87

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR