Rektor Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla görüşüb

17 yanvar, 2021 14:28

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla onlayn görüş keçirib.

Azsiyasət.com xəbər verir ki, görüşdə tələbə və məzunların valideynləri və yaxınları da iştirak edib. Rektor ötən il Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuzun apardığı 44 günlük müharibədə əldə olunan Şanlı Qələbə münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu müharibə Azərbaycan ordusunun gücünü dünyaya bir daha sübut edib. Bu qələbədə AzTU-nun tələbə və məzunlarının da rolunun olması qürurvericidir.

Rektor AzTU tələbələrinin vətənpərvərlik ruhunun hər zaman yüksək olduğunu xüsusi qeyd edib. Bildirib ki, bu günə kimi torpaqlarımızın azad olunması uğrunda gedən bütün döyüşlərdə AzTU-nun tələbə və məzunları yaxından iştirak edib.

Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən və akademik borcları qalan bütün tələbə və məzunlara qanunvericiliyin tələbləri çərçivəsində universitet tərəfindən güzəştlərin olunacağını da diqqətə çatdırıb. Bildirib ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün Kompleks Qayğı Proqramı hazırlanıb və universitet Elmi Şurasında təsdiqlənib. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.

Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Qəmər İsayeva akademik borcları qalan tələbə və məzunlar haqqında məlumat verib, onlarla mütəmadi əlaqə saxlandığını diqqətə çatdırıb. Bildirib ki, onların hər birinin problemi ayrıca müzakirə olunub və həlli istiqamətində müvafiq qərar qəbul edilib. Görüşdə tələbə və məzunları, eləcə də onların valideynlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR