“Aqroinvest Kredit İttifaqı” İTTİHAM OLUNUR...  - İmişlidə kredit fırıldaqçılığı…

13 fevral, 2021 16:43

İmişli şəhəri, Qamət Əliyev küçəsi, 29 saylı evdə yaşayan Əliyev Nizam İsfəndiyar oğlu və X.Bəylərov küçəsi, ev 4 A, mənzil 15-də yaşayan Əliyeva Səidə Akif qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror cənab Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

Cənab Baş prokuror!


Prezidentin 01 fevral 2021-ci il tarixli çıxışında məmurlara xəbərdarlıq etməyi ürəyimizcə oldu və bundan sonra ümidləndik ki, hər şey yaxşı olacaq.

Bir qrup dələduz bizi aldadaraq, evimizi “Aqroinvest Kredit İttifaqı” MMC-yə girov qoyub. 01.12.2016-cı il tarixli 3M-1347 reyestrli ipoteka müqaviləsi ilə bizi aldadıblar. İmişli notariat kontorunun rəisi Zəfər Zahidov bizə bildirdi ki, müqaviləni ləğv etmişəm, gedin evlərinizin sənədini götürün.

İki il sonra Şirvan şəhərindəki bankların birindən kredit götürmək istədik. Daşınmaaz Əmlakın Reyestr Xidmətindən bizə bildirildi ki, evləriniz “Aqroinvest Kredit İttifaqı” MMC-də girovdur. Öyrəndik ki, Zəfər Zahidov bizdən xəbərsiz onlara etibarnamə verib. Evimizin sənədlərini də ordan götürüb “Aqroinvest Kredit İttifaqı”nda girov qoyublar.

Biz müqaviləni pozsaq da, bizdən xəbərsiz həmin bankın işçiləri Ağahüseyn, Qədim, Əyyub və Şəmsəddin adlı şəxslər, yəni həmin bankın rəhbərləri bizim mülkimizi yenidən girov qoyub, 50.000 manat Nizamın evinə, 10.000 Əliyeva Səidənin adına pul götürüblər. Biz onları tapıb qınadıq ki, kim sizə icazə verib ki, bizdən xəbərsiz bizim mülkümüzü girov qoyub pul götürmüsünüz. Baxıb gördük ki, bunlarla söhbət etməyin mənası yoxdur. İmişli rayon prokurorluğuna ərizə ilə şikayət etdik, prokurorun köməkçisi onlara zəng vurub bildirdi ki, bu adamlarla razılaşın və pullarını qaytarın. Amma bir il də prokurorluqda vaxt itirdik…

Mən, Nizami – 6 yaşımdan atasız və zəhmətlə böyümüşəm. Bu dələduz dəstəsinin 4 ildir ki, bizi bəlaya salmasının bir nəticəsi olacaq. Bu insanların məsuliyyətə cəlb edilməsini, evlərimizin onların girovluğundan azad edilməsini xahiş edirik.

Hörmətli Mehriban xanım, cənab Baş prokuror, bizi bu dələduzların qanunsuzluqlarından xilas edin”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

(hurriyyet.org) 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR