Xaricdən göndərilən pullar niyə kəskin azalıb? - Ekspert səbəblərini açıqladı

29 avqust, 2020 00:21

Azərbaycan Mərkəzi Bankı bu ilin birinci yarısında 2019-cu ilin analoji dövrü ilə müqayisədə ölkəyə pul köçürmələrinin həcmində 24.9 faiz azalma olduğunu bildirir. Köçürmələrin həcmi 372 mln. ABŞ dolları təşkil edib. Bəzi iqtisadçıların fikrincə, pul köçürmələri axınının azalması yalnız koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla əlaqələndirilə bilməz.

"Turan" agentliyinin xəbərinə görə, 2019-cu ilin nəticələrinə görə də, pul köçürmələrində azalma qeydə alınıb. Həmin il də köçürmələrin həcmi 13.5 faiz azalaraq 934 mln. dollar təşkil edib, 2018-ci ildə bu göstərici 1.08 mlrd. dollar olub.

İqtisadçıların fikrincə, bu, miqrasiya edən Azərbaycan vətəndaşlarının daha çox işlədiyi ölkələrdə - Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstanda iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsinin təzahürüdür.

Pul köçürmələrindəən böyük azalma 2016-cı ildə qeydə alınıb. O zaman ölkəyə 564.1 mln. dollar daxil olub. Müqayisə üçün 2015-ci ildə bu göstərici 1.18 mlrd. dollar, 2017 ildə 1.2 mlrd. dollar təşkil edib.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, azalmanın əsas səbəbi koronavirus pandemiyası iləəlaqədar tətbiq olunan karantin rejimləridir:

“Pullar Azərbaycana daha çox Rusiya, Ukrayna və Türkiyədən gəlir. Həmin ölkələrdə də bizimlə paralel olaraq, ciddi karantin rejimləri tətbiq olundu və azərbaycanlıların ən çox çalışdığı ictimai iaşə sahəsində, iri ticarət mərkəzlərində və bazarlarda qapanmalar baş verdi. Bu da həm dövriyyəni, həm də gəlirləri xeyli dərəcədə aşağı saldı. Nəticə etibarilə Azərbaycana göndərilən vəsaitin həcmində ciddi azalmalar oldu”.

Ekspertin sözlərinə görə, rəsmi rəqəmlərdən əlavə, qeyri-rəsmi səviyyədə azalmalar da var:“Çünki sərhədlər açıq olanda heç bank vasitəsilə yox, cibdən-cibə, əldən-ələ də pul göndərənlər çox idi. Orada da ciddi azalmalar var, sərhədlər bağlıdır”.

N.Cəfərli qeyd etdi ki, xaricdən daxil olan vəsait Azərbaycan iqtisadiyyatının əsas donorlarından biri idi və ölkədəki ticarət dövriyyəsinə, alıcılıq qabiliyyətinə ciddi təsir göstərirdi:

“Həm də, bu vəsaitlər sosial gərginliyin azalmasında kifayət qədər ciddi rol oynayırdı, əsasən də regionlarda bu, özünü daha çox göstərirdi. Daxil olan pulların azalması ölkədə ticarət dövriyyəsinə, əsasən regionlarda yaşayan və Rusiya kimi ölkələrdən gələn vəsaitlər hesabına öz problemlərini həll edən əhalinin alıcılıq qabiliyyətinə, dolanışığına mənfi təsir göstərəcək”.

Ekspert güman edirki, bu ilin sonuna qədər azalma tendesiyası davam edəcək: 

“Çünki ölkələrin iqtisadiyyatın da baş verən proseslər çarxların birdən-birə işə düşəcəyinə və qısamüddətdə əvvəlki vəziyyətə qayıdacağına işarə etmir. Buna zaman lazımdır. Ən azı ilin sonuna qədər bu azalma tendensiyasını izləyəcəyik”.

Azsiyasət.com

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib