Bakı qızılsatanlarının toy həsrəti - ehtiyacdan qızıllarını satanlar çoxalıb

04 sentyabr, 2020 14:57

Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulması, bir yandan da virusun yayılmasının qarşısını almaq məqsədilə qızıl-zinət əşyaları satılan mağazaların cəmləndiyi iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməməsi zərgərlik məmulatları bazarına ciddi təsir göstərib.

Nazirlər Kabineti yanında Operativ Qərərgah avqustun 10-dan etibarən zərgərlik məmulatlarının istehsalına icazə verib, o cümlədən kiçik zərgərlik mağazaları fəaliyyətə başlayıb.

Azsiyasət.com xəbər verir ki, virtualaz.org-un reportyorları paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən zərgərlik mağazalarına baş çəkiblər, pandemiya dövründə zərgərlik bazarının vəziyyəti ilə maraqlanıblar. Qızılsatanlarla söhbətlərimizdən bəlli oldu ki, hazırda alver getməsə də əslində qızıl-zinət əşyaları bahalaşıb. Çünki dünya bazarında qızılın bahalaşması Azərbaycan bazarına da təsir göstərib. Hazırda “İtaliya qızılı” kimi tanınan 750 əyarlı qızılın qramı 95-110, “Türkiyə qızılı” kimi tanınan 585 əyarlı qızıl isə 75-85 manata təklif edilir. Satıcılar onu da deyirlər ki, hazırda qızıl alandan öz zinət əşyalarını ehtiyac üzündən satanlar çoxdur. Qızıl almaq istəyənlər isə əsasən əmanət kimi saxlanılan “beşlik”, “onluq” qızıl məmulatlarına və yaxud qızıl külçələrə üstünlük verirlər.

“Aylardır, xaricdən mal gətirmirik...”

Metronun “28 May” stansiyasının yaxınlığında 10-a yaxın zərgərlik mağazası fəaliyyət göstərir. Mağazalardan birinin Rasim adlı satıcısı deyir ki, avqustun 10-dan, yəni dükanı açandan bu yana bir dənə də olsun bahalı qızıl-zinət əşyası sata bilməyib. Ara-sıra alver olur, hədiyyə kimi çəkisi az olan üzük, sırğa, ya da qolbaq alırlar. Brilyant qaşlı dəstlərə isə ümumiyyətlə əhəmiyyət verən, baxan yoxdur.

Başqa bir satıcı isə deyir ki, alver olmadığından mağazanın yarısını icarəyə verib, uzun müddətdir xaricdən mal gətirilmir, əllərində olan qızılların hamısını satışa çıxarıblar. Satıcı etiraf edib ki, alver olmasa da qiymət bahalaşıb. Bu da bir tərəfdən satışı zəiflədir.

Pandemiya ucbatından qızıllarını satışa çıxaranlar... 

Adil adlı satıcı 585 əyarlı qızılın qramını 85 manatdan təklif edir. Halbuki, qonşu mağazada həmin qızılın qramı 75 manatdan satılır. Satıcı and-aman edir ki, yalnız köhnə dəbli, işlənmiş qızıllar ucuz qiymətə satılır.

”Bayaq gördüyünüz o qadın 60 qramadək qızılını satırdı. Başqa mağazalarda qramına 55 manatdan təklif ediblər. Deyir ki, çarəsiz vəziyyətdədir. Pandemiyaya görə oğlu işləmir, buna görə də qızıllarını satmaq məcburiyyətindədir. Köhnə dəstləri sata bilmirik, alan yoxdur. Nə olsun ki, vaxtikən bu dəstlərə bir ətək pul verib” – bunu isə 28 Mall Ticarət Mərkəzi ilə üzbəüz qızıl alqı-satqı mağazasındakı satıcı deyib. Satıcı əlavə edib ki, son 10-15 gündə az qala hər gün öz qızıl-zinət əşyasını satmağa gətirənlər var: ” Qızılı adətən toyda-bayramda alırlar. Neçə müddətdir toy da yoxdur. Bundan sonra icazə verilsə belə məhərrəmlik ayına görə toy olmayacaq. Amma əlimizdən heç nə gəlmir. Camaat necə, biz də elə”.

“Beşlik” və “onluq” qızılları alıb ehtiyat kimi saxlayırlar

Çoxları qızılı etibarlı yığım vasitəsi kimi alırlar. Onlar da yalnız “beşlik” və “onluq”lara üstünlük verirlər. “Beşlik” və “onluq”ların qiyməti isə qulplu və qulpsuz olması ilə müəyyənləşdirilir. Məsələn, qulpsuz “beşlik” 500 manat, “onluq” isə 1000 manatdır.

Yaşlı satıcı deyir ki, pandemiya dövründə qızıl külçə almaq istəyənlər daha çox olub. Çünki, qızıl puldan daha etibarlıdır. İnternetdəki elan saytlarında həm qızıl külçələr, həm də müxtəlif zinət əşyalarını nisbətən ucuz qiymətə təklif edirlər. Satıcı deyib ki, onsuz da pandemiyaya görə bazarda durğunluq var. Bir yandan da alqı-satqı saytları qiymətləri öldürür.

Satıcılar pandemiyanın tez bir zamanda bitəcəyini, toyların başlayacağı günləri səbisizliklə gözləyirlər...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR