190 manat nə vaxt veriləcək? - RƏSMİ
03 iyul, 2020 22:06
190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunduğu digər rayonlarda da verilə bilər.
Bunu Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O, bildirib ki, narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq.
"Ödənişlər 2 -3 gün ərzində hissə-hissə veriləcək. Bu bankomatların qarşısında sıxlığın yaranmaması üçündür. Yeni əlavə olunan 8 yeni rayon üzrə müzakirələr aparılır və qərar qəbul olunacaq”.