Rövşən Rzayev qaçqın alimin ailəsi ilə niyə prinsip aparır? - “Haqqımız olan mənzili vermir”

23 sentyabr, 2020 12:56

Şuşadan  məcburi köçkün olan Əliyev Akşin Səyyar oğlu hazırda 6 nəfər ailə üzvü ilə birlikdə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5, mənzil 9 ünvanında  kirayədə yaşayır.  O, düşdüyü acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Şuşa rayon İcra Hakimiyyətinə və “Qaçqınkom”a müraciət etsə də, bütün cəhdləri nəticəsiz qalıb.

Azsiyasət.com xəbər verir ki, son çarəni problemini mətbuata çıxarmaqda görən Akşin Əliyev Azinforum.az İnformasiya Portalına  müraciət edib. Akşin Əliyevin sözlərinə görə, onların bütün ailə parametrləri məcburi köçkünlər üçün paylanan evlərdən bir mənzil əldə etməyə uyğun gəlsə də, “Qaçqınkom” hər vəchlə buna mane olur:

“Yaşlı, alim  olan  atam dəfələrlə həmin instansiyaların qəbulunda olsa da, hər dəfə ona yalan vəd verərək yola salırlar. Yaşadığımız şəraitlə gəlib maraqlanan da olmayıb.

Hətta sonuncu dəfə atam “Qaçqınqom”a gedərək qaçqınlara qarşı bu laqeydliyi göstərdiklərinə gorə, onlara öz iradını bildirib. Mən başa düşə bilmirəm, onda dövlətin vəsaiti  hesabına  məcburi köçkünlər üçün tikilən  evlər kimə paylanır?  30 illik qaçqınçılıq dövründə, bizə dövlət tərəfindən heç bir mənzil verilməyib. Biz elə bildik ki, “Qaçqınkom”un yeni rəhbərliyi köhnələrdən fərqli olaraq, məsələyə əncam çəkəcək, amma təəssüf ki, onlar da sələflərinin yolunu gedirlər.

Bizimlə hansı səbəbdən prinsip aparır Rövşən Rzayev?! Qaçqın olduğumuz halda niyə haqqımız olanı ala bilmirik?! İllərdir ancaq yalan vədlər verərək bizim gözləməyimizi tələb edən qurumun məqsədi ya onlara verilən vəzifədən sui- istifadə etmək, ya da bizim daha da ağır durumlara düşməyimizi gözləməkdir. Bundan da ağır durum ola bilərmi…”

Qeyd edək ki, Aksin Əliyev hazırda həm də işsizdir. Ali savadı olmasına baxmayaraq, bir müddət fəhləlik edərək ailəsini dolandırmağa çalışsa da, işin agırlıgına saglamlıgı tab getirməyib. İki korpə uşaq və yaşlı valideynləri ilə birlikdə ağır bir şəraitdə yaşayan, hətta artıq kirayə pulunu belə verə bilməyən A.Əliyev bu durumun uşaqlarının saglamlığına  və gələcəyinə böyük bir zərbə olacagını və artiq dözülməz bir halda olduqlarını bildirib:

“Mən iki körpə qızımın üzünə baxmağa utanıram. Onları cəmiyyətə yararlı vətəndaş kimi yetişdirmək mənim borcum olsa da, əlimdən heç nə gəlmir. Mənim usaqlarımın hec bir günahı olmadığı halda, bu durumda olmalarını Rövşən Rzayev niyə görmür?

Mən fürsətdən istifadə edib, ölkə başçısı  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək onlardan ailəmizə  haqqımız çatan mənzilin verilməsinə kömək etməyi xahiş edirəm. Bizim göydə Allaha, yerdə cənab Prezidentimizə inamımız sonsuzdur ”

Vətəndaşın şikayəti ilə bağlı adları çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR