"Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” - Ceyhun Bayramov
28 sentyabr, 2020 13:07
“Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.
Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Ermənistanın dünəndən bəri həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumatlara görə, 19 nəfər yaralanıb”.