"Nooldu, indi hamınız kişi olmusunuz?" - Flora Kərimovadan sərt sözlər

04 fevral, 2021 16:05

Xalq artisti Flora Kərimova məmur həbslərindən danışarkən kampaniyaçılığı tənqid edib.

Azsiyasət.com xəbər verir ki, yenisabah.az-a açıqlamasında bildirib ki, həbs edilən məmurların əməlləri barədə illərlə susan səlahiyyətlilər indi hədəfdə olanları asıb-kəsməklə diqqəti özlərindən yayındırmağa çalışırlar.

“Bu işləri indi açan, Prezidentə xəbər verənlərdən soruşmaq istəyirəm ki, indiyə qədər harada idiniz?! Prezident Qarabağla, qaytarılan torpaqlarla məşğuldur. O bir günün içində bu qədər faktı bilə bilməz. Hər şeyi özü etsə, bəs bu nazirlər nəyə lazımdır? İndi bir-birini keçi qiymətinə satanlar, ayağının altını qazanlar bu vaxta kimi nə ilə məşğul olurdular? Birini tutanda onun dalınca qatar gəlir. Yaxşı, bu qatar tutulmaları prokurorluq, polis görmür? Nazirlər illərdir bu halları görmürdülərmi? İllərlə qazanıb-yığırlar, birdən-birə bu kampaniya başlayır, hər şeylərini əllərindən alırlar. 

Mən Sovet hakimiyyəti illərində də yaşamışam, həmin vaxt da bu üsul işlənilirdi. Vəzifəli şəxslərə dəymirdilər, etdiklərinə göz yumurdular, illərlə həmin şəxs yığdığı pullara ev, maşın, bağ evləri alırdı. Sonra həmin şəxsi birdən-birə tutub soyurdular. İllərlə yığırlar, elə ki, gördülər yetişib, hər şeyini əlindən alırlar, hələ üstəlik var-yox da gedir”, - deyə xalq artisti vurğulayıb.

Onun fikrincə, bu, heç də müsbət tendensiya deyil:

“Mən buna gülmürəm, əksinə bu bəladır. Mən həmin məmurları tutduranlardan danışıram, axı indiyə qədər niyə demirdiniz, harada idiniz? Nə istəyirsiniz? Sən özünü təmiz çıxarmaq istəyirsən? Ad çəkmirəm, amma həmin məmurların arasında hörmət etiyim şəxslər var. Birdən-birə onlar haqqında yazırlar ki, filankəs oğrudur, utanmaz-utanmaz yazırlar. Soruşanda ki, həmin adam neçə ildir işləyir? Deyir 40 ildir. Bəs 40 ildir hara baxırdın? Deməli sən də ona oğurlamaqda kömək etmisən. Birdən-birə nə hikmətdirsə hamı kişiləşir, təmiz adam olur, sözünü üzə deyən olur. Bəsdirin! O qədər yaltaqlığa öyrənmisiniz ki, əl çəkə bilmirsiniz. 

Gecə-gündüz gözləyirlər ki, kimisə yıxsınlar, bunlar da atın üstünə oturub çapsınlar. Bunu edən adamları da prokurorluğa çağırmaq lazımdır ki, bunları bilirdinsə niyə dinmirdin, niyə gizlədirdin? Dövlət bankından 100 milyon avronu necə çıxarırlar? Məmur bu qədər pulu çıxarıb cibinə qoyub aparmışdı? Bura ölkədir, yoxsa kolxoz bazarıdır? Bu qədər pulun bank kağızı, sənədləşdirilməsi, qəbzi olmalıdır axı. Deməli həmin məmur vaxtilə bu prosedurları keçib. Bəs görmürdünüz?! Mən bu nakişiliyə əsəbləşirəm. 

Vaxtilə dost olduqları adam haqqında yıxılandan sonra ağızlarına gələni danışırlar. O adam illərdir gözünün qabağında alırdı, satırdı, talayırdı, başqalarına göz dağı verirdi. Bu qədər fürsətçi olmaq olmaz. Millət olun, kütlə yox! 3000-ə yaxın adam şəhid oldu, ruhları göydə pərvazlanır, bax, millət onlardır, sizlər yox”.

Flora Kərimovanın sözlərinə görə, kampaniyaçılıq müsbət reputasiyası olan məmurların da hədəfə alınmasına səbəb olur:

“Həmin məmurlar arasında mən şəxsən tanıdığım var idi ki, hamıya kömək edib. Onu da qatdılar bu siyahıya. Onun o qədər düşməni, ifşaçısı var ki, indi əlim üzümdə qalıb. Hara baxırdınız bu günə kimi? Heç olmasa, kişiliyinizə sığışdırıb dinməyin. İndiyə qədər susmuşdunuzsa, bundan belə də susun. Prokurorluq indiyə qədər hara baxırdı? Adı gələndə əlində qələmləri titrəyirdi, heç yazını yaza bilmirdilər. Noldu indi hamınız kişi olmusunuz? 

Bilirəm ki, bunları deməklə evimi yıxıram, bilirəm ki, yenə məni efirlərə çıxmağa qoymayacaqlar ki, Flora Kərimova belə deyib. Ancaq bəsdir! Kişi olun! Mənim 80 yaşım var, artıq bu yaltaqlıqdan, ikiüzlülükdən yorulmuşam. 

Bəli, mən demişəm ki, Prezidentə canım qurban. Bundan sonra da deyərəm, çünki torpaqlarımı qaytardı, mənim namusumu, şəxsiyyətimi qaytardı, artıq mən azərbaycanlı olmağımdan, qadın olmağımdam utanmıram. Lakin iki il bundan qabaq məni güllə qabağına da qoysaydılar, mən prezidentə bu sözləri deməzdim. Mən heç vaxt yaltaqlıq etmərəm. İndi mənə kimsə “sən yaltaqlıq edirsən” desə, Prezidentin elədiklərini onun gözünə soxardım. 

Əgər sən bu addımı görüb qiymətləndirmirsənsə, deməli sən azərbaycanlı deyilsən. Mən indi onun haqqında danışanda gözlərim dolur. Bir ana kimi qorxuram, həmişə deyirəm ki, onu bizə çox görmə”.

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı