"İslam Rzayev, Həbib Bayramov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa"" - ŞOK...

14 fevral, 2021 18:10

“Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib Bayramov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə “yaşa”, mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim. O vaxt pis yola düşsəydim, indi villalarda yaşayırdım. Onların çoxu ilə Filarmoniyadakı konsertlərdə tanış olmuşdum. Mahnımı oxuyub birbaş evə gəlirdim. Habil Əliyev deyirdi ki, gəl mənimlə yaşa, səni milyoner edəcəm. İnanmırsınızsa Flora Kərimovadan soruşun mənim haqqımda. O bütün bunlara şahidlik edib. Bir dəfə də Həbib İsmayılovun yoldaşı, Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu. Mən də onu təpiklə vurdum. Tükəzban mənə deyirdi ki, Həbib niyə səni istəməlidir ki? Ona dedim ki, Həbib mənim atam yaşımdadır, mən onunla yaşayanam?! Onlar mənim evimi yıxdılar, yoxsa oxuyurdum da. Hər dəfə köhnə lentlərə baxanda ağlayıram (ağlayır)”

Azsiyasət.com xəbər verir ki, bunu “Lalə” qızlar ansamblının ilk solistlərindən biri olan müğənni Elmira Əliyeva deyib. Sənətçi daha sonra əlavə edib.

“Atası Həbib Bayramovun mənə etdiyi pislikləri qızı İlhamə Quliyeva da davam etdirirdi. Bir dəfə imkansızlıq ucbatından bir verilişə çıxmışdım. İlhamə Quliyeva məni efirdə görəndən sonra verilişin prodüsserinə zəng edib demişdi ki, onu efirdən çıxarın! Səhəri gün verilişdə problemim həll olunduğu gün idi, amma mənə dedilər ki, sabah gəlməyin. Daha sonra bildim ki, bunu İlhamə edib. Onlar pislik etməyi çox yaxşı bacarırdı. Mən bu gün çox pis vəziyyətdə yaşayıram. İmkansızlıq ucbatından oğlumu evləndirə bilmirəm, artıq 40 yaşın içindədir.  Bir otaqlı evdə yaşayıram, onu necə evləndirim? Deyirəm ki, apar məni qoy qocalar evinə. Onsuz da 82 yaşına kimi o qədər zülmlər çəkmişəm ki. Nə təqaaüd alıram, nə də mükafat. Mən bu sənətə canla-başla xidmət etmişəm, amma dəyərim heç vaxt verilmədi. Bundan əvvəlki Mədəniyyət nazirinə də, Bahar Muradovaya da müraciət etmişəm, mənə heç bir köməklik olunmayıb” deyə sənətçi bildirib.

Moderator.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"