Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar... - FOTOLAR

04 may, 2021 22:01

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında müğənni Aslan Hüseynovun idarə etdiyi “BMW” markalı avtomobil qarşıda hərəkət edən “Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 53 yaşlı ifaçı həlak olub. 

Azsiyasət.com xəbər verir ki, Aslan Hüseynovdan başqa da avtoqəza nəticəsində həlak olan məşhur şou-biznes nümayəndələri, incəsənət adamları olub.

Bənzərsiz səsə malik olmuş xanəndə Səxavət Məmmədov da avtoqəzada dünyasını dəyişib. Məşhur muğam ifaçısı Firuz Səxavətin qardaşı olan Səxavət Məmmədovun ölümünə səbəb olan qəza 1991-ci il sentyabrın 30-da Şirvan rayonu ərazisində baş verib. 37 yaşında dünyasını dəyişən xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmamışdı. Ağdamın Abdal-Gülablı kəndindən olan ifaçının üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Tanınmış reper Hüseyn Dərya da avtoqəza nəticəsində ölən məşhurlardandır. Onun ölümünə səbəb olan qəza 2014-cü ilin martında qeydə alınıb. Bakının Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Hüseyn Dəryanın idarə etdiyi "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı maşına çırpılıb. Qəza nəticəsində kəllə-beyin travması alan reper, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, bir gün sonra yerləşdirildiyi xəstaxanada dünyasını dəyişib.

"Geri dön", "Sevgi qatarı" kimi mahnıları ilə tanınan müğənni Şəfa Hüseynova da avtoqəza nəticəsində həyatla erkən vidalaşıb. Onun ölümünə səbəb olan qəza 2005-ci ilin dekabrında baş verib. Maraqlıdır ki, Şəfanın içində olduğu avtomobil də "Kamaz"a çırpılıb. Saatlıdan Bakıda qayıdarkən baş verən qəza nəticəsində müğənninin anası vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan Şəfanın qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. Avtomobili idarə edən sürücü də qəza nəticəsində sağ qalıb. 

Vaxtı ilə “Maşın gəlir, qabağa baxım, sağa baxım?...” qafiyəsini tutan meyxanaçı Bayram Kürdəxanlı da yol-nəqliyyat hadisəsi zamanı ölüb. Onun ölümünə səbəb olan qəza 2017-ci ilin avqustunda baş verib. Belə ki, meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, 55 yaşlı söz xiridarının həyatını xilas etmək mümkün olmayıb.  

Avtoqəza nəticəsində həlak olan digər meyxanaçı isə Nizami Rəmzidir. Meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuş Nizami Rəmzinin ölümünə səbəb olan qəza 1997-ci ilin yanvarında baş verib. Söz xiridarı məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu. Bu zaman meyxanaçının 49 yaşı var idi.

"Yeni Ulduz-2" yarışmasında məşhurlaşan gənc müğənni Rəcəb Musayev də avtomobil qəzasında dünyasını dəyişib. Onun ölümünə səbəb olan qəza 2011-ci ilin yanvarında baş verib.

Belə ki, ifaçı həmin ilin yanvarın 8-i axşam saatlarında Kürdəxanaı-Ləhic bağları istiqamətində hərəkət edən zaman idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

"Yeni Ulduz" layihəsi nəticəsində tanınan müğənni Leyla Ağamalıyeva da avtoqəzada ölüb. Hadisə 2009-cu ilin avqustunda baş verib. Leyla da Rəcəb kimi idarə etdiyi "Chevrolet" markalı avtomobili aşırmışdı. Nəticədə Ukrayna vətəndaşı olan ifaçı hadisə yerində dünaysını dəyişmişdi. 

qafqazinfo.az

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı