"Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib" - Çavuşoğlu

26 may, 2022 14:58

"Ukrayna danışıqları dayandırdığını elan edib. Hazırda döyüş meydanında mübarizə gedir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Rusiya və Ukraynadakı hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Atəşkəs müzakirələri ikinci plana keçib. İtaliyanın təşəbbüslərinin nədən ibarət olduğunu tam bilmirik. Bu mövzuda heç kimlə rəqabət aparmırıq. Kim sülh üçün səy göstərirsə, ona dəstək olmağa hazırıq”, - o bildirib.