ABŞ İran neftini müsadirə edib - Yük gəmisi ABŞ-a göndərilir

27 may, 2022 02:14

ABŞ Yunanıstan yaxınlığında Rusiya tərəfindən idarə olunan gəmidə saxlanılan İrana məxsus nefti müsadirə edib.

Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, müsadirə olunan neft yük gəmisi ilə ABŞ-a göndəriləcək.

Qeyd edək ki, Rusiya və İran ABŞ-ın sanksiyalarına məruz qalıb. Neftin hansı ölkəyə görə müsadirə olunduğu məlum deyil.