"Ermənistanda ABŞ-ın bioloji laboratoriyası var" - Lavrov

27 may, 2022 02:23

ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir. Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə müzakirə edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib.

“Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumatlandırmanı nəzərdə tutan bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlanıb”, - Lavrov bildirib.