Türkiyə Ukrayna taxılına dəhliz aça biləcəkmi? - Məxfi danışıqlar gedir, ümidlər var, amma...

27 may, 2022 14:29

Ankara Bosfor boğazı vasitəsilə Ukrayna taxılının ixracına dəhliz açılması məqsədilə Moskva və Kiyevlə danışıqlar aparır. 

Bunu "Reuters" agentliyinə Türkiyənin vəzifəli rəsmilərindən biri deyib.

Xatırladaq ki, Ukraynanın Qara dəniz limanları Moskvanın fevral ayında başlanan müdaxiləsindən sonra Rusiya hərbi gəmiləri tərəfindən blokadaya alınıb və ixrac olunmalı 20 milyon tonadək Ukrayna taxılı anbarlarda qalır. Rusiya və Ukrayna qlobal taxıl ehtiyacının üçdə birini təmin edir. Bu səbəbdən də Ukrayna taxılının ixrac edilə bilməməsi dünyada ərzaq böhranı yarada bilər.

Türkiyə rəsmisi deyib ki, Ankara həm Kiyev, həm də Moskva ilə taxılın Ukraynadan daşınması üçün danışıqlar aparır. Rəsmi şəxs danışıqların məxfiliyi ilə bağlı adının açıqlanmasını istəməyib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko mayın 25-də demişdi ki, Moskva onun üzərinə qoyulmuş sanksiyaların qaldırılması müqabilində taxılın portlardan daşınmasına imkan verə bilər.

"Reuters" yazır ki, proseslə tanış başqa iki şəxs də Türkiyənin Ukrayna taxılının limanlardan çıxarılmasına kömək etdiyini təsdiqləyib. Məlumatı verən şəxs deyib ki, Türkiyə NATO üzvü olmasına baxmayaraq bu müharibədə Rusiya tərəfindən daha çox neytral ölkə kimi qəbul olunur: "Türkiyə bu taxılın Qara dənizdəki Odessa limanından çıxarılmasını bir növ monitorinq edə bilər”.

İstanbulda mənzillənmiş "Bosphorus Observer" konsaltinq firmasından Yoruk İşık deyib ki, Türkiyənin Qara dənizdə hazırda iki kreyseri, iki sualtı gəmisi və onlarca patrul və çevik hücum gəmiləri var və bunlar operativ qaydada taxılın daşınmasının monitorinqinə cəlb oluna bilərdi. 

Ekspert bunu da deyib ki, Türkiyə donanması nəzəri baxımdan ərzaq dəhlizinə həm nəzarət edə, həm də bu ərazini minalardan təmizləyə bilər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"