İran Yunanıstan gəmilərini saxlayıb

28 may, 2022 00:15

İran Fars Körfəzində Yunanıstanın 2 neft daşıyan gəmisini saxlayıb.

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) mətbuat xidməti məlumat verib ki, gəmilərdən biri Əsaluyə digəri isə Lengə limanı yaxınlığında saxlanılıb.

“Prudent Warrior” və “Delta Poseidon” adlanan neft gəmilərinin qayda pozuntusu olduğu üçün saxlanıldığı qeyd olunub.

Xatırladaq ki, bir neçə gün öncə Yunanıstan İran bayrağı altında üzən neft gəmisini saxlayıb, yükləri ABŞ hərbçilərinə təhvil vermişdi.
Yunanıstanın bu addımı İranın etirazına səbəb olmuşdu.