Meyvə-tərəvəz məhsullarının qiyməti niyə enmir? - Ekspert səbəbləri açıqladı

28 may, 2022 10:56

“Rusiyaya məhsul ixracının artması da qiymətlərə təsir göstərib”

Bu il Azərbaycanda meyvə-tərəvəz məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edilir. Belə ki, bir sıra məhsulların qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 70-80 faiz bahalaşıb.

Məsələn, hazırda paytaxt mağazalarında 1 manat 50 qəpikdən satılan kartof, ötən il 80-90 qəpiyə təklif olunurdu. Eynilə hazırda 3 manat 20 qəpik olan pomidor, ötən il 2,10-2,40 manata satılırdı.Hazırda 1,50-2 manata təklif olunan xiyarın qiyməti isə ötən il 70 qəpiklə 1 manat arasında dəyişirdi.

Qeyd edək ki, soğan, badımcan, bibər, çiyələk kimi məhsulların qiyməti də ötən illə müqayisədə xeyli bahadır.

Bəzi satıcılar iddia edirlər ki, meyvə-tərəvəz məhsullarının qiymətinin yüksək olmasının səbəbi, Azərbaycandan Rusiyaya ixracın artması və İrandan ixrac olunan bir sıra məhsullara qadağa tətbiq olunmasıdır.

Qeyd edək ki, ötən illə müqayisədə 2022-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz məhsullarının miqdarı xeyli artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayına olan ixrac icmalına əsasən, bu il meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq, 162,6 milyon ABŞ dolları təşkil edib.

Xaricə ixrac olunan meyvə-tərəvəz məhsullarının böyük bir hissəsi isə Rusiyanın payına düşür. Ekspertlər sanksiyalardan sonra Rusiyanın Avropa ölkələrindən meyvə-tərəvəz məhsulları idxal edə bilmədiyini bildirirlər.

Bu səbəbdən də Rusiya meyvə-tərəvəz idxalında fərqli bazarlara yönəlməyə məcbur olub. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov da bildirib ki, Rusiya 2022-ci ildə Azərbaycandan meyvə-tərəvəz idxalını artırmağı düşünür.

Xatırladaq ki, İran hökuməti yerli bazarda qiymətləri tənzimləmək məqsədilə, aprelin 4-dən etibarən kartof və soğan ixracına qadağa qoyub. Bu səbəbdən də iki aya yaxındır ki, İrandan Azərbaycana kartof və soğan ixracı dayanıb.

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli azpolitika.info-ya şərhində bildirib ki, meyvə-tərəvəz məhsullarının qiymətinin baha olmasının bir neçə səbəbi var: 

“İlk öncə onu qeyd edək ki, bu ilki qiymətlər ötən illə müqayisədə ucuz ola bilməz. Çünki ötən illə müqayisədə bu il ümumi yaşam xərci, enerji, yanacaq və gübrənin qiyməti xeyli bahalaşıb. Hökumət ötən ilin əvvəlində demək olar ki, hər şeyin qiymətini qaldırdı. Nəticədə əvvəlki illərlə müqayisədə cari ildə istehsal xərci baha başa gəlir. Eyni zamanda burada sezon faktoruda böyük rol oynayır. Bildiyiniz kimi yeni sezon başlayanda nübar məhsullarının qiyməti bir qədər baha olur. Müəyyən vaxt keçdikdən sonra isə bazarda qiymətlər enməyə başlayır”.

Ekspert qeyd edir ki, müxtəlif ölkələrin tətbiq etdiyi sanksiyalar da meyvə-tərəvəz məhsularının qiymətinin bahalaşmasına səbəb olur: “Məsələn, İranın kartof ixracına qadağa qoyması, Azərbaycan bazarında kartofun qiymətinin bahalaşmasına səbəb olur. Azərbaycana idxal olunan kartofun 95 faizi İranın payına düşür. Bu olduqca əhəmiyyətli bir rəqəmdir. İran kartofu ucuz və keyfiyyətli olduğundan, ölkənin ümumi bazarında qiymətlərin stabilləşməsinə səbəb olurdu. Eyni zamanda Azərbaycandan Rusiyaya məhsul ixracının artması da qiymətlərə təsir göstərən faktordur. Hazırda digər ölkələrdən məhsul idxal edə bilməyən Rusiya Azərbaycan bazarına yönəlib. Sadaladığımız faktorların hər biri meyvə-tərəvəz məhsullarının qiymətinin bahalaşmasına səbəb olur”.

Qeyd edək ki, ölkədə may ayından etibarən açıq sahələrdən tərəvəz məhsullarının yığımına başlanılıb. Bu səbəbdən də yaz və yay aylarında meyvə-tərəvəz qiymətlərində mövsümi amillərin təsiri ilə ucuzlaşmanın baş verəcəyi gözlənilir.

Lakin ekspertlər cari ildə qiymətlərin ötən ilin eyni dövrü ilə müqayisədə aşağı olmayacağını proqnozlaşdırırlar. Bir sözlə bu yay mövsümündə Azərbaycan əhalisi meyvə-tərəvəz məhsullarına ötən illə müqayisədə əlavə xərc çəkməli olacaq.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI