İrəvanda siyasi həbs dalğası - "Sasna Tsrer" üzvləri də saxlanılıb

28 may, 2022 12:00

Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Varujan Avetisyan həbs edilib.

Bu barədə politoloq Hayk Martirosyan məlumat yayıb.

Ermənistanda müxalif deputatlara cinayət işi açıldıO qeyd edib ki, "Sasna Tsrer" terror qruplaşmasının digər tanınmış üzvləri də həbs edilib.

"Rejim İrəvan vaxtı ilə səhər saat 6-dan başlayaraq eyni vaxtda gizli həbs əməliyyatı həyata keçirib. Ölkəmizi işğal etmiş düşmən rejim bu adamları həbsxanaya göndərməklə Ermənistan Respublikasının müstəqillik gününü qeyd etmək qərarına gəlib", - Martirosyan deyib.

Vəkil Zarui Bostançıyan da həbs faktını təsdiqləyib. O, Ermənistan Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi və Baş Prokurorluğun rəhbərlərinə müraciət ünvanlayıb.

"Bu gün səhər saat 06:30-da beşi polis geyimində olmaqla on nəfər Pavel Manukyanın evinə soxularaq onu naməlum istiqamətə aparıb.

Bu qanunsuz hərəkətin heç bir hüquqi əsası yoxdur, həbs heç bir izahat verilmədən baş verib, vəkil mediaya bəyan edib.

Qeyd edək ki, “Hayastan” fraksiyasının deputatı Arsvik Minasyan da müxalifətçi deputatların həbsi barədə məlumat yayıb. O özü də daxil olmaqla “Şərəfim var” fraksiyasının üzvü Taron Marqaryana qarşı cinayət işi başlandığını deyib.

Xatırladaq ki, 2016-cı ildə "Sasna tsrer" adlı qruplaşmanın üzvlərindən ibarət silahlı şəxslər İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirmişdi. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edirdilər. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı girov götürmüşdülər.

Həmin hadisələr nəticəsində üç nəfər ölmüş, bir neçə nəfər, o cümlədən təcili yardım xidmətinin həkimləri uzun müddət girov saxlanılmışdı.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"