Prezidentlər "Akıncı"nı imzaladılar...

28 may, 2022 20:01

Türkiyə Prezidenti Rəcəb Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST" festivalından paylaşım edib.

Ərdoğanın "Twitter" hesabındakı paylaşımda bildirilib ki, dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST" "Bir millət, iki dövlət, tək festival" şüarı ilə Bakıda gerçəkləşdirilib.

"Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik" ,- paylaşımda deyilir.

Türkiyə Prezidenti digər paylaşımında "Akıncı ile Azərbaycanda" yazıb. Fotolarda Azərbaycan Prezidenti İlham Əliyev və Ərdoğan "Akıncı" PUA-larını imzaladığı əks olunub.