İran yeraltı bazasını nümayiş etdirdi - FOTO

29 may, 2022 02:01

İran hərbi təyinatlı pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulan yeraltı bazasını nümayiş etdirib.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bazanın dəqiq yeri açıqlanmayıb, onun Zaqros dağlarında yerləşdiyi bildirilib.

Dövlət televiziyası yeraltı bazada 100 PUA olduğunu qeyd edib. Bazada, həmçinin İran istehsalı olan "Qaem-9" raketləri ilə təchiz edilən müasir "Əbabil-5" uçuş aparatları yerləşdirilib.

Televiziya görüntülərində yerin bir neçə yüz metr altında olduğu bildirilən tuneldə raketlərlə təchiz edilmiş PUA-lar əks olunub.