Putin Təhlükəsizlik Şurasını toplayır - Ərdoğanla danışıq aparacaq
30 may, 2022 16:35
Rusiya Prezidenti Vladimir Putin mayın 30-da Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıq aparacaq.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezidentin mayın 30-da planında iki telefon danışığı var, bunlardan biri Ərdoğanla olacaq.
“Həmçinin, günortadan sonra Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirməsi planlaşdırılıb”, - deyə Peskov bildirib.
Bundan əvvəl Ərdoğan mayın 30-da Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətini açıqlamışdı.