"Bu, Ermənistan rəhbərliyinin zəifliyini göstərir" - Hikmət Hacıyev

05 oktyabr, 2020 12:31

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyi və çaxnaşmada olduqlarını göstərir”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.