Lavrov Çavuşoğlu ilə hansı məsələləri müzakirə edəcək?
03 iyun, 2022 16:11
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-i Ankaraya səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ukraynadakı və Qarabağdakı cari vəziyyəti müzakirə edəcək.
Bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, nazirlər görüş zamanı regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.