İrəvanda gərginlik - Səs bombasından istifadə edildi

03 iyun, 2022 23:18

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı polis səs bombasından istifadə edib.

Bu barədə erməni mətbuatı məlumat verib. Belə ki, Proşyan küçəsində etirazçılar parlament binasına getmək istəyəndə vəziyyət gərginləşib. Polis aksiyanı dağıtmaq üçün səs bombasından istifadə edib.

“Müqavimət” hərəkatının koordinatorlarından biri İşxan Saqatelyanın etirazçıların parlament binasına gedə bilməsi üçün polisi yolu açmağa çağırmasından sonra vəziyyət gərginləşib. Bundan sonra aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma başlayıb.