"Dövlət ali məktəblərində pullu təhsil yolverilməzdir" - İlyas İsmayılov

05 iyun, 2022 01:37

“Dövlət ali məktəblərində təhsilin pullu olması yolverilməzdir, çünki dövlət strukturları bizneslə məşğul ola bilməzlər”.

Bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılov ölkədə təhsil haqqının bahalığı barədə ovqat.com-a danışarkən deyib.

İ.İsmayılovun sözlərinə görə, yalnız özəl məktəblər pullu təhsil vermək hüququna malik olmalıdır, amma onlar da insafı əldən verməməlidirlər: “Bu isə yenə dövlət orqanlarının həmin ali məktəblərə nəzarəti ilə mümkündür”.

Partiya sədrinin fikrincə, Azərbaycanda təhsil haqqının bahalı, təhsilin isə keyfiyyətsiz olduğunu nəzərə alıb xaricdə oxumağa üstünlük verənlər də çoxdur: “Hər il minlərlə abituriyent Ukrayna, Türkiyə, Macarıstan, Baltikyanı və s. kimi ölkələrdə təhsil almağa yollanırlar. Qeyri-rəsmi məlumatlara görə, təkcə Ukraynada 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Türkiyədə təhsil alanların sayı daha çoxdur. Səbəb həmin ölkələrdə təhsilin keyfiyyətli, təhsil haqqının isə aşağı olmasıdır. Təsəvvür edin ki, Almaniya, Fransa və s. kimi Avropa ölkələrində ali məktəblərin əksəriyyəti pulsuzdur. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə özəl ali məktəblərdə təhsil haqqından azad olunurlar. Ailəsinin maddi durumu aşağı olan tələbələr də həmçinin. Bu il keçirilən prezident seçkiləri ərəfəsində Fransa rəhbəri Makron ali məktəblərdə pulsuz təhsil məsələsinə yenidən baxılması məsələsini qaldırmışdı. Az qala bu təklifinə görə kürsüsündən olacaqdı. Fransada 2019-cu ilə qədər hətta xarici tələbələr üçün də təhsil pulsuz idi. 2019-cu ildə bu imtiyaz ləğv olunsa da, bir çox proqramlar sayəsində xarici tələbələr ildə 170-200 avro ödəməklə təhsil ala bilirlər. Eyni fikirləri başqa Avropa ölkələri üçün də demək mümkündür”.

İ.İsmayılov Azərbaycanda ali məktəblərin təhsil haqqının ailələrin illik qazanclarını keçməsini ümumiyyətlə absurd sayır: “Zənnimcə, bu cür absurd vəziyyət səbəbsiz deyil. Məqsəd xalqın intellektual səviyyəsini aşağı salmaqdır. Çünki savadsızlıq mütilik yaradır”.

Bütün bu absurdların səbəbini Azərbaycan hakimiyyətinin uzağa hesablanmış siyasəti ilə əlaqələndirən partiya sədri deyib: “Bilirsiniz ki, insanlıq orta əsrlərin qaranlıq çağından qurtulmasını oxumağın əlçatanlığına borcludur. 15-ci əsrin sonlarında Avropada ilk dəfə mətbəə kəşf olunandan sonra kasıblar da oxumaq imkanı əldə etdilər. Çünki kitabların kütləvi nəşri başladı və hər kəs onu əldə etmək şansına qovuşdu. O zamana qədər isə yalnız oliqarxlar kitab sahibi ola bilirdilər. Beləcə, cəmiyyətlər də savadlana-savadlana indiki vəziyyətə gəlib çıxdılar. Azərbaycanda təhsil siyasəti isə sanki Avropadan dünyaya yayılan İntibah ənənələrini baltalamağa xidmət edir. Pullu təhsil siyasəti  bu da ölkəni orta əsrlər çağına sürükləmək başqa bir şey deyil”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"