Ukraynanın bu şəhəri tamamilə məhv edildi

05 iyun, 2022 01:46

Rusiya hərbçiləri Donetsk vilayətinin Liman şəhərini tamamilə məhv ediblər.

UNİAN xəbər verir ki, bu haqda Kiyev vilayəti Milli Polisinin bəyanatında qeyd olunub.

Liman meri Aleksandr Juravlevin sözlərinə görə, şəhər tamamilə işğal olunub. Limanda qaz, su, işıq yoxdur.

“Orada 7,5 minə yaxın sakin var. Onları evakuasiya etmək mümkün deyil”, - Juravlev bildirib.