Rusiya bu əraziləri də özünə birləşdirir

07 iyun, 2022 13:45

Gələcək Rusiya-Ukrayna sülh sazişində Kreml Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində deyil.

Bu barədə “İzvestiya” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

“Martın 29-da Türkiyədə keçirilən danışıqlarda Rusiya müharibəni dayandırmağa hazır olduğunu bildirmişdi. Putin belə bir addıma hazır idi, lakin Qərb Ukraynaya təzyiq etdi və Kiyev öz təkliflərini geri götürdü”, - mənbə qəzetə açıqlamasında bildirib.