Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi- Prezident açıqladı

05 oktyabr, 2020 20:44

Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.

Azsiyasət.com xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb: 

"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".