"... Amma bu hələ son deyil" - "Nyu-York Tayms"

07 iyun, 2022 18:38

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiya yıxılıb. Amma bu hələ son deyil” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Yeni Amerika Təhlükəsizlik Mərkəzinin baş elmi işçiləri, milli təhlükəsizlik, Rusiya və çağdaş müharibələr üzrə ixtisaslaşmış ekspertlər Andrea Kendall-Teylor və Maykl Kofmandır.

Həmin məqaləni təqdim edirik: 

Ukrayna müharibəsi, şübhəsiz, Rusiyanın bir böyük güc kimi nüfuzuna ciddi xələl gətirdi.

Kremlin Ukraynada üzləşdiyi uğursuzluqlar, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilməsi, buraxdığı taktiki səhvlər rus ordusunun imicinə ağır zərbə vurdu.

Ziyan çəkən təkcə Rusiyanın reputasiyası deyil, ölkənin özünə daha böyük ziyan dəyib: indiyədək Ukraynada gedən döyüşlərdə Rusiya canlı qüvvə və hərbi texnika sarıdan ciddi itkilərə məruz qalıb. Bundan başqa, tətbiq olunan sanksiyalar, düşünən beyinlərin ölkəni tərk etməsi Rusiyanın onsuz da zəif olan iqtisadiyyatına ardıcıl zərbələr vurur.

ABŞ və Avropada bir çoxları artıq Rusiyanı bir vaxt yüksək statusunu itirmiş Potyomkin hakimiyyəti kimi rədd etməyə çalışır. Hərbi cəhətdən nimdaşlaşmış, sanksiyalarla yüklənmiş Kreml, belə görünür ki, Qərbi daha əvvəlki qədər narahat etmir. Bu baxımdan Rusiyanın Qərbə yaratdığı təhlükənin Ukrayna torpağında iflasa uğradığını söyləmək mümkündür.

Ancaq qəti hökm vermək də tezdir. Bəli, Rusiya prezidenti Vladimir Putin hərbi iflasa yol açan, ölkədəki nisbi iqtisadi sabitliyi pozan strateji səhvlər buraxıb. Lakin Rusiyanın kitabının bağlandığını düşünmək də hələ tezdir. Ukraynadakı uğursuzluğa baxmayaraq, Rusiya hələ ki, ABŞ-a, Avropaya ciddi şəkildə meydan oxumaq iqtidarındadır. Ola bilsin, Rusiya çöküb, amma axıracan yox.

Efirimiz məhv edilən rus tanklarının görüntüləri ilə dolub-daşıb. Rusiya ordusunun döyüşlərin üç ayında pərən-pərən düşdüyü həqiqətdir. Rusiya döyüşə atılan tank qoşunlarının 25 faizə qədərini, 30-dan çox təyyarəsini və 10 mindən çox əsgərini itirib. Dəqiq say məlum olmasa da, itkilərin ağırlığı danılmazdır. Aydın məsələdir ki, Rusiya var qüvvəsini cəmləyib, səfərbərliyə getmədən müharibənin öhdəsindən gəlməyə çalışacaq.

Bununla belə, zahiri görünüş aldadıcı ola bilər. Unutmayaq ki, rus ordusunun ilkin uğursuzluqlarının çoxu Putinin müharibənin qısa sürəcəyi barədə xülyasının nəticəsi idi. Rusiya qoşunları müharibəyə ciddi şəkildə hazırlaşmamış, lazımınca təşkilatlanmamışdı.

Son həftələrdə isə vəziyyətin dəyişdiyi duyulur. Rusiya diqqətini Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəldib. Kreml öz hərbi hədəflərinə yenidən baxmaqla ordusunun əvvəlki səhvlərini düzəltməyə başlayıb. Rusiya Ukraynanın bəzi bölgələrdə hərbi üstünlüyünün dayanıqsız olduğunu nümayiş etdirə-etdirə tədricən irəliləyişə nail olur.

Ukrayna müharibəsinin Rusiya hərbi arsenalının əsas, dağıdıcı gücünü cüzi zəiflətdiyi də faktdır. Birləşmiş Ştatları, NATO-nu ən çox modernləşdirilməmiş sovet tankları və ya köhnəlmiş Rusiya təyyarələri narahat edir. Rusiyanın sualtı qayıqları, aviasiya və raket kompleksləri, radioelektron vasitələri, peyk əleyhinə sistemləri və müxtəlif növ nüvə arsenalı isə demək olar toxunulmamış, Ukrayna müharibəsində faktiki istifadə olunmamış qalır. Bütün bu imkanlar hələ də Kremlin ixtiyarındadır.

Əlbəttə, Rusiya iqtisadi cəhətdən əziyyət çəkir. Ölkə vətəndaşları beynəlxalq sanksiyaların, ixrac nəzarətinin, Avropanın Rusiyanın enerji resurslarından imtina etmək cəhdlərinin ağırlığını aylar sonra hiss edəcəklər.

Rusiya hökumətinin xəzinəsi hələ doludur: son qiymətləndirməyə görə, ölkədə aprel ayında aylıq ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dən çox artıb. Düzdür, bu artım neft-qaz satışı hesabına başa gəlib. Düzdür, Rusiyanın neft-qaz sektoru Avropanın sanksiyalarına məruz qalmaqdadır, ona görə Moskva öz neftini, qazını bəzən ucuz qiymətə satmağa məcbur olur. Amma istənilən halda həyati əhəmiyyət daşıyan bu gəlirlər var və zaman ötdükcə Moskva belə bir vəziyyətə uyğunlaşa bilər.

İstənilən halda Rusiya öz hərbçilərini iqtisadi tənəzzülün fəsadlarından kənarda saxlayacaq. Kreml pulu insanlara deyil, silahlara xərcləməyə vərdişkardır. Rusiya iqtisadi cəhətdən ən gərgin vaxtlarında da belə edib. Ona görə ölkədə Putinin hərbi büdcəni kəsməyəcəyi sarıdan bir əminlik hökm sürür. İxrac nəzarəti idxal komponentlərindən asılı olan silahların istehsalını çətinləşdirsə də, Rusiyanın müdafiə sənayesi vəziyyətə uyğunlaşmaq, sanksiyalardan yan keçməyin yollarını tapmaq təcrübəsinə malikdir.

Rusiya beynəlxalq aləmdən heç də bizim düşündüyümüz qədər təcrid olunmayıb. ABŞ və Avropa rus işğalına qarşı birgə cavab tədbirləri görməkdədir və yenidən canlanan NATO, çox güman, tezliklə Finlandiya və İsveçi də öz sıralarına qəbul edəcək. Hindistan və Cənubi Afrika kimi bir çox regional əhəmiyyətli ölkələr isə Moskva ilə uzunmüddətli əlaqələrini qoruyub saxlayır, çünki bu dövlətlər Rusiyadan imtina etməyə hazır deyillər.

İqtisadi sanksiyalara qoşulacağı təqdirdə öz əhalisinin dolanışıq xərclərinin artacağından və daxildə qeyri-sabitlik yaranacağından narahat olan başqa ölkələr də var, onlar da tərəf seçməkdən imtina edirlər. Afrikanın heç bir ölkəsi Rusiya əleyhinə sanksiya tətbiq etməyib, Yaxın Şərq özünü sığortalamaqla məşğuldur. Çinə gəlincə, sözsüz ki, Rusiya onun dəstəyinin davam edəcəyinə arxalanır.

Rusiyada birbaşa Putin rejiminin təhlükə altında olduğundan xəbər verən inandırıcı bir dəlil görünmür. Kremlin müstəqil medianı daha da boğan, müxalif fikirləri daha da yasaqlayan qərarları müharibə əleyhinə əhval-ruhiyyəni yatırıb.

Əhali arasında qatı millətçi ritorikanın təsiri altında müharibəni dəstəkləyən xeyli insan var. Putin onların hisslərini təmin etməyin yollarını tapmalı və Rusiyanın hələ də qorxulu güc olduğunu nümayiş etdirməlidir.

Bu, təhlükəlidir. Putin özünü nə qədər zəif hiss etsə, onun dezinformasiya kampaniyalarına, məxfi əməliyyatlara və nüvə silahına əl atması ehtimalı bir o qədər artacaq. NATO ilə qarşıdurma yaransa, Rusiyanın nüvə gərginliyindən savayı nəyəsə gedəcəyi ağlabatan deyil.

Ona görə Ukrayna və ya onun Qərbdəki himayədarları rus işğalını dəf etmək üçün istənilən zərbəni endirmək fikrindən daşınmalıdır. Ancaq ABŞ və onun müttəfiqləri müharibənin əhatə dairəsindən asılı olmayaraq, Rusiyanın yarada biləcəyi istənilən problemin öhdəsindən gəlməyə hazır vəziyyətdə olmalıdır.

Yadda saxlamaq lazımdır ki, Rusiya hakimiyyəti çox durğunluq, tənəzzül və dirçəliş dövrlərindən keçib. Rusiya üzərində triumfal qələbə iddiasına düşməmək, müştəbehliyə qapılmamaq müdrik siyasət olardı. Bəli, Putin səhv edib, amma bu hələ o demək deyil ki, Putin ölümcül səhvə yol verib.

Tarixçi Stiven Kotkinin dediyi kimi Rusiyanın özünü bərpa etmək, yıxılanda durmaq baxımından güclü tarixi ənənəsi, heyrətamiz bacarığı var. Soyuq müharibə bitəndən sonra Rusiya Qərblə güc yarışına ara verdi, Qərb bir müddət rahat nəfəs aldı. Amma bu çox qısa sürdü. Hətta o qədər qısa ki, Stiven Kotkin həmin müddəti “tarixin bir göz qırpımı” adlandırır.

Başqa sözlə desək, Rusiya heç hara getməyib, o, Qərb üçün başağrısı olaraq qalmaqdadır.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"