"Türksüz Ermənistan" şüarlı müxalifət beynəlxalq dəstək ala bilməz" - Erməni politoloq

08 iyun, 2022 11:45

"Parlament müxalifəti mahiyyət etibarı ilə kriminal oliqarxiyadır və apriori olaraq inqilab etmək iqtidarında deyil..."

Bir sıra erməni politoloqlar hesab edir ki, Ermənistanda müxalifətin inqilabi potensialı yoxdur və əvvəlki və indiki hakimiyyətlə əlaqələri səbəbindən geniş ictimai dəstək əldə etmələri mümkün olmayıb. 

Bu haqda siyasi şərhçilər xarici mediaya açıqlamalarında danışıblar. Müşahidəçilər əmindir ki, Ermənistanda hakimiyyət məsələsi Qərblə Rusiya arasındakı qarşıdurmanın nəticəsindən asılıdır.

Xəbər verildiyi kimi,  iyunun 7-də səhər saatlarında müxalifət İrəvanda Avropa İttifaqı səfirliyi qarşısında yürüş keçirib. Fəallar Aİ ölkələrinin hakimiyyət orqanlarını Ermənistan polisinin nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməsinə reaksiya verməyə çağırıb.

İyunun 7-də İrəvandakı Aİ səfirliyinə yürüşdən sonra müxalifət tərəfdarları 37-ci gündür çadır şəhərciyinin qurulduğu Azadlıq meydanına qayıdıblar.  Dünən axşam saatlarında isə etiraz aksiyası olmayıb...

Politoloq Suren Surenyants hesab edir ki, ritorikası “türksüz Ermənistan” şüarı üzərində qurulan müxalifət beynəlxalq dəstəyə arxalana bilməz. O bildirib ki, müxalifət öz siyasi şüarını nə qədər əsaslandırmağa çalışsa da, bu, irqçiliyin təzahürüdür, bunu nə Rusiya, nə də Qərb təqdir edə bilər.

“Qərb ölkələrini ikili standartlarda ittiham etməklə müxalifət primitiv davranır və bu yolla Rusiyadan kömək ala biləcəklərinə inanır”, - deyə Surenyants bildirib.

Politoloq hesab edir ki, müxalifət inqilabi potensiala malik deyil. O qeyd edib ki, seçki institutunun fəaliyyət göstərdiyi ölkələrdə küçə etirazları ilə hakimiyyət dəyişikliyinə ehtiyac yoxdur. 

“Parlament müxalifəti mahiyyət etibarı ilə kriminal oliqarxiyadır və apriori olaraq inqilab etmək iqtidarında deyil. Onun [cinayətkar oliqarxiyanın] bacara biləcəyi maksimum şey çevriliş və ya saray intriqalarıdır. Cəmiyyət etiraz hərəkatının nə olduğunu, qərarların necə qəbul edildiyini bilmir. Yalnız vitse-spiker İşxan Saqatelyan görünür. Lakin o, sadəcə, etiraz hərəkatı adından bəyanatlar verən moderatordur. Xarizmatik lider olmadığı halda cəmiyyətin İşxan Saqatelyanın Robert Köçəryan və Serj Sarkisyanın moderatoru olmasından şübhələnməyə legitim haqqı var”, -  deyə Surenyants izah edib.

Erməni şərhçinin fikrincə, Paşinyan hakimiyyətini tənqid edən müxalifətin qlobal problemi özünün siyasi alternativinin, yəni proqramının olmamasıdır...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"