İran etirazlarla çalxalanır - Bu dəfə onlarla şəhərdə pensiyaçılar küçələrə çıxdı

08 iyun, 2022 14:50

İyunun 7-dən başlayaraq İranda hökumət qulluğunda çalışmış pensiyaçıların etirazları başlayıb.

“Azadlıq” radiosunun yerli bürosu xəbər verir ki, hazırda onlarla şəhərdə narazılar küçələrdə aksiya keçirir. Onlar ölkədə kəskin bahalaşmaya etiraz edir və pensiyaların artırılmasını istəyirlər.

Məşhəd, Şüstər, Elam, Yəzd, Qəzvin, Kərəc, Bəndər Abbas, Kirmanşah, Abadan və İsfahan da daxil 16 şəhərdən alınmış şahid məlumatlarında etirazların genişləndiyi bildirilir.

Xəbər verilir ki, İsfahanda pensiyaçılar Sosial Təminat İdarəsinin binası qarşısında boş süfrə açaraq rəmzi olaraq süfrələrinin boş olduğunu göstərmək istəyiblər. Etirazçılar habelə əmək nazirinə qarşı şüarlar səsləndirərək onu səriştəsizlikdə ittiham ediblər. Bu da xəbər verilir ki, İsfahanda polis etirazçıların “Rəisiyə ölüm!” kimi şüarları səsləndirməsinin qarşısını almağa çalışırdı.

İllərdir ABŞ sanksiyaları altında olan İranda, pandemiyadan sonra iqtisadi vəziyyət daha da pisləşib. İranda işsizlərin sayı 2 milyon nəfəri keçib, inflyasiya 45 faizdən yuxarı qalxıb.

Son aylarda İranda ən müxtəlif səbəblərlə bağlı etiraz aksiyaları keçirilir. Adamlar havanın çirklənməsindən, içməli su qıtlığından, bahalaşmadan narazılıq edirlər.

Bugünlərdə isə Abadanda yaşayış binasının çökməsi və çox sayda insanın həlak olması geniş etiraz dalğası yaradıb. Adamlar binanın uçmasına səbəbin keyfiyyətis tikinti və deməli korrupsiyanın olduğunu deyirlər.

Sosial gərginliyin artmasının qarşısını almaq üçün Əmək Nazirliyi iyunun 5-də pensiyaların 55 faiz artırılacağını elan edib. Bu, pensiyaları ayda 55.8 milyon riala (177 dollar) çatdıracaq. Lakin etirazçılar bu artımın bahalıqla müqayisədə yetərli olmadığını deyirlər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"