İrəvanda KTMT-nin iclası keçirilir

10 iyun, 2022 10:59

Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası keçirilir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə keçirilən iclasa təşkilata üzv ölkələrin xarici işlər nazirləri toplaşıb.

Bu sessiyadan sonra KTMT tərəfindən 2022-2024-cü illər üçün siyasət, məhdudiyyətlər, təhlükəsizlik tədbirləri ilə bağlı məsləhətləşmələr planı imzalanacaq.