Ukrayna ilə Niderland arasında qalmaqal...

11 iyun, 2022 01:22

“Ukrayna Aİ-yə namizəd statusu və Avropa ailəsinə qoşulmaq şansı əldə etmək üçün dəhşətli bədəl ödədi”.

Bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də yazıb:

"Azadlıq, rəqabət, insan haqları, demokratiya - Hollandiya həmişə bir model olub. Bu gün ukraynalılar azad Avropanı Rusiyadan müdafiə etmək üçün dəhşətli bədəl ödəyirlər. İnsanlarımız AB ailəsində olmaq şansı əldə etmək üçün kifayət qədər qan tökməyiblərmi?”.

Xatırladaq ki, bir gün əvvəl Bloomberg agentliyi Danimarka və Niderlandın Ukraynaya iyunda Aİ üzvlüyünə namizəd statusunun verilməsinin tərəfdarı olmadığını yazıb.

Bundan sonra Ukrayna rəsmiləri Danimarka və Nidarlandın mövqeyini tənqid edən açıqlamalar veriblər.