Blinkenin köməkçisi Azərbaycana gəlir
11 iyun, 2022 11:58
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-na kimi Cənubi Qafqazda səfərdə olacaq.
Bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb.
Məlumata görə, Donfrid iyunun 15-16-sı Azərbaycana səfər edəcək və bir sıra rəsmi görüşlər keçirəcək.
Bunun ardınca isə, amerikalı diplomat iyunun 17-si Gürcüstana yollanacaq. Donfrid son olaraq səfərini Ermənistanla yekunlaşdıracaq.