"Zelenki sözümə qulaq asmadı" "Bloomberg"
11 iyun, 2022 12:00
“Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın fevralda Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayıb”.
“Bloomberg”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib:
“Bilirəm ki, çoxları mənim məsələni şişirdə biləcəyimi düşünürdü, amma bilirdim ki, Putinin sərhədi keçəcəyinə dair sübutlarımız vardı. Heç bir şübhə yox idi. Zelenski də bir çoxları kimi bunu eşitmək istəmədi "
C.Bayden, həmçinin, Rusiya prezidenti Putini təkcə milləti deyil, Ukraynanın mədəniyyətini məhv etməyə çalışmaqda təqsirləndirib:
"Rusiya lideri Kiyevi “Ana Rusiyanın iqamətgahı” hesab edir".