ABŞ Venesuela ilə danışıqları bərpa edir –Dövlət katibindən açıqlama

11 iyun, 2022 18:47

“Venesuela hökuməti və müxalifəti danışıqları bərpa etməyi planlaşdırır”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Tərəflər təmasları və danışıqları bərpa etmək niyyətlərini açıqladılar. Bu, əlimizdə olan son məlumatdır”, – Blinken Amerika Zirvəsindən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, danışıqlar Venesuelada demokratiyanı bərpa etməyin ən yaxşı yoludur. Dövlət katibi onu da qeyd edib ki, Birləşmiş Ştatlar dəyişikliklər görsə, Venesuelaya qarşı sanksiyalar ləğv edilə bilər: “Sanksiyalar daimi deyil. Onlar qarşı tərəfi fərqli davranışa sövq etmək cəhdidir”.