Finlandiya İsveç olmadan NATO-ya daxil olmayacaq
Finlandiya İsveç olmadan NATO-ya daxil olmaq fikrində olmadığını açıqlayıb.
Bunu Finlandiya Prezidenti Sauli Niinistö NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
“Mən deyirəm ki, İsveçin məsələsi bizim məsələmizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik. Finlandiya İsveç olmadan NATO-ya daxil olmaq fikrində deyil”, - deyə Niinistö bildirib.
O bildirib ki, İsveçin Türkiyə ilə problemləri həll olmasa, Finlandiya onları dəstəkləyəcək.
Qeyd edək ki, İsveç və Finlandiya Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra rəsmi olaraq NATO-ya üzv olmaq qərarına gəliblər. Türkiyə isə bu qərara qarşı olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna səbəb kimi Finlandiya və İsveçin “terrora dəstək” olduğunu bildirib.