Ölkədə yoxsulluq artır -  "Əhalinin maliyyə yığımları son 16 ilin ən aşağı həddinə düşüb"

13 iyun, 2022 16:37

İqtisadçı Rövşən Ağayev rəsmi statistikanın milli hesablar bölməsinə nəzər yetirib. Ekspert yazır ki, Azərbaycanda devalvasiyanın əhaliyə neqativ təsirlərini əks etdirən yeganə rəsmi mənbə milli hesablar olub:

“Həmin statistika devalvasiya zamanı və devalvasiyadan sonrakı mərhələdə – 2015-2017-ci illərdə ev təsərrüfatlarının qənaətinin mənfi olduğunu göstərdi. Qənaətin mənfi olması o demək idi ki, əhalinin cari gəlirləri xərclərini qarşılamayıb və adamlar öz ehtiyaclarını ya borc, ya da əvvəlki illərin qənaətlərini əritməklə qarşılayıb.

2015-2017-ci illər üzrə həmin kəsir 3 milyard manata yaxın olmuşdu – yəni əhali həmin üç ildə qazanmadığı 3 milyard manatı qeyd olunan mənbələrdən cəlb etməklə xərcləmişdi.

Yeni statistika göstərir ki, pandemiyadan sonrakı dövr əhali üçün çox ağır keçir. Ötən il əhalinin maliyyə yığımları son 16 ilin ən aşağı həddinə düşüb – cəmi 600 milyon manat. Məsələn, 2012-ci ildə bu rəqəm 8,7 milyard manat olmuşdu.

Təəssüf ki, Azərbaycanda yoxsulluq və gəlir bərabərsizliyi statistikası çox etibarsızdır. Əminəm ki, keyfiyyətli statistika olsa, 600 milyon manatlıq maliyyə yığımının ən yüksək gəlirli 20 faiz zəngin ev təsərrüfatlarına aid olduğu üzə çıxar. Qalan qruplara aid ev təsərrüfatlarının büdcələrinin yenə də böyük kəsirlə üzləşdiyi bəllidir".

"İqtisadçılar Engel qanununu yaxşı bilir – yoxsulluq nə qədər yüksəkdirsə, əhalinin büdcəsində qida xərclərinin də payı o qədər yüksəkdir. Engel əmsalı 40 faizə qədərdirsə, ailə yoxsul hesab edilmir. 40 faizdən yüksək göstərici yoxsulluğa işarədir, xüsusən 60 faiz və daha yüksək göstərici ifrat yoxsulluq sayılır.

Yenə də milli hesablar statistikasına görə, 2022-ci ilin ilk rübü Azərbaycanda Engel əmsalı son 8 ildə ən yüksək həddə çatıb – 56,5 faiz.

2014-cü ildə bu göstərici 50 faiz, 2021-də 54,5 faiz olmuşdu. Bu göstəricinin dinamikası da ölkədə yoxsulluğun artımını dolayı təsdiqləyən göstəricilərdən biridir.

Yüksək inflyasiya yoxsul qruplar üçün çox təhlükəli həddə çatıb. 2021-ci ildə əhalinin gəlirlərinin cəmi 2 faiz artımı müqabillində xərcləri 12 faizə yaxın artıb” -  deyə, R.ağayev bildirir. 

Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 12,6 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,9 faiz, qeyri-ərzaq məhsulları 6,6 faiz, ödənişli xidmətlər 10,2 faiz bahalaşıb.

Açıqlamaya əsasən, beş ayda pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının payına düşüb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"