ABŞ və Çin müzakirəyə başladı - Şimali Koreyanı nə gözləyir?

13 iyun, 2022 23:10

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan çinli həmkarı Yang Jieçi ilə danışıqlar aparıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər KXDR ətrafındakı vəziyyəti müzakirə ediblər.

Sullivan həmkarına Çinin Rusiya Federasiyasına mümkün yardımı ilə bağlı narahatlığını ifadə edib.