Ərzaq böhranı qapıda - Təcili tədbirlər görülməlidir

16 iyun, 2022 13:57

Dünyada ərzaq böhranı qaçılmazdır. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Dövlət başçısı xəbərdarlıq edib ki, artıq böhran yaxındadır:

"Gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar".

Bəs, Azərbaycan dünyanı təhdid edən ərzaq böhranına tab gətirə biləcəkmi?

Bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov problemin ciddi olduğunu vurğulayıb.

Deputat deyib ki, dünyanın ərzaq bazarında ciddi problemlər yaranıb: "Bu, Ukrayna-Rusiya müharibəsi və digər məsələlərlə bağlıdır. Xüsusilə buğda və taxılla əlaqədar ciddi qıtlıq yaranıb. Cənab Prezident hələ bir neçə ay bundan qabaq inflyasiyanın artdığını söyləyib. Buna baxmayaraq, mən belə hesab edirəm ki, dövlət başçısının nəzarəti altında Nazirlər Kabineti, xüsusilə İqtisadiyyat Nazirliyi bu məsələni həmişə diqqətdə saxlayır. Çalışırlar ki, Azərbaycanda ərzaqla bağlı ciddi problem olmasın".

Parlamentari ölkədə müşahidə edilən bahalaşmadan da söz açıb:

"Bahalaşma var. Bu da əsasən xaricdən idxal olunan məhsullarda olan inflyasiya ilə bağlıdır. Bəzi məhsullarda süni qiymət artımı müşahidə edilir. Ancaq bunun qarşısı alınır. Hökumətin bununla bağlı tədbirlər planı işlənib hazırlanır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu işlə çox ciddi şəkildə məşğuldur. Ancaq yenə deyirəm ki, hökumət ərzaqla bağlı problemin olmaması üçün çox ciddi addımlar atmalıdır. Gərək bu mövzu gündəmdən düşməsin.

Azərbaycanda kifayət qədər imkan var ki, yerli istehsalı artıraq. Həm də xaricdən idxalla əlaqədar digər ölkələrdən təcili müqavilələr imzalayaq. Taxıl problemi olmasın deyə Pakistan və digər bizə yaxın ölkələrlə əməkdaşlıq edə bilərik. Bu barədə müəyyən işlər görülür. Ancaq cənab Prezidentin də dediyi kimi məsələ diqqət mərkəzində olmalıdır".

V.Əhmədov problemi kökündən həll etmək üçün idxaldan asılılığı azaltmağın vacibliyini vurğulayıb:

"Azərbaycanda süni qiymət artımlarının səbəbi məhz xaricdən idxal olunan məhsullardır. Çünki o məhsulların xaricdə qiyməti artır. Bu da həm qiymət artımı, həm də infyasiyaya səbəb olur. Ona görə də, maksimum çalışmalıyıq ki, ərzaq məhsullarını əsasən özümüz istehsal edək. Dövlət məhz bu məsələ ilə bağlı hər saat məşğul olmalıdır ki, idxaldan asılı olmayaq. Açığı deyim, qiymət artımlarında müəyyən problemlər yaranır, inflyasiya artır, ancaq cənab Prezidentin məsələni həmişə diqqət mərkəzində saxlaması və Azərbaycan hökumətinin Baş nazir başda olmaqla məsələyə ciddi yanaşması səbəbiylə mən hesab edirəm ki, elə ciddi problem olmayacaq".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"