Ukraynada bu partiyaların fəaliyyəti dayandırıldı

16 iyun, 2022 22:51

Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti dayandırılıb.

Ukrayna KİV-ləri xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsinin qərarı ilə “Sol Müxalifət” və “Şariynin Partiyası” siyasi partiyalarının fəaliyyəti qadağan edilib.

Hazırda Səkkizinci İnzibati Məhkəmədə 16 işə baxılır, bu işlərlə bağlı artıq 9 qərar çıxarılıb.

Daha əvvəl bu məhkəmənin qərarları ilə “Müxalifət Bloku”, Sosialist Partiyası, “Naşi”, “Sosialistlər” Partiyası, “Vladimir Saldo” Bloku, “Derjava” Partiyası, Ədalət və İnkişaf Partiyasının fəaliyyəti qadağan edilib.