Rusiya Fransanın qazını kəsib?

17 iyun, 2022 15:27

Fransa artıq boru kəmərləri vasitəsilə Rusiyadan qaz almır.

Azsiyaset.com xəbər verir ki, bu barədə məlumatı “GRTgaz” operatoru yayıb.

Məlumata görə, Fransa iyunun 15-dən etibarən boru kəməri ilə Rusiyadan təbii qaz əldə etmir.

Bildirilir ki, Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” boru kəməri ilə təchizatın azaldılmasının təmir işləri ilə bağlı olduğunu açıqlayıb. Lakin Avropa İttifaqı rəsmiləri Moskvanın bununla Ukraynanın müttəfiqlərini cəzalandırdığına inanırlar.